Lənkəranın icra başçısına müavin təyinatı olub

Lənkəranın icra başçısına müavin təyinatı olub

CƏMİYYƏT

Bugün, 17:59

Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun sərəncamı ilə icra başçısının müavini - Ərazi təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri vəzifəsinə yeni təyinat olub.

Məlumata görə, İsmayılova Ülkər Şakur qızı icra başçısının müavini - Ərazi təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri vəzifəsinə təyin edilib.

O, artıq kollektivə təqdim olunub.

Qeyd edək ki, Ülkər İsmayılova bu təyinata qədər Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının Girdəni kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsində çalışıb. O, həmçinin uzun illər Lənkəran Şəhər İcra Hakimiyyətinin aparatında dövlət qulluğu sahəsində fəaliyyət göstərərək bu istiqamətdə zəngin təcrübə qazanıb/modern.az.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR