İdman jurnalistləri arasında intellektual yarış keçirilib

İdman jurnalistləri arasında intellektual yarış keçirilib

PRESS

Bugün, 13:01

Peşəkar Futbol Liqasının (PFL) təşkilatçılığı ilə idman jurnalistləri arasında 22 iyul - Milli Mətbuat Gününə həsr olunmuş intellektual yarış keçirilib.

Mia.az xəbər verir ki, ənənə halını almış budəfəki yarışda 80-ə yaxın media nümayəndəsi iştirak edib. Komandalara Azərbaycan Premyer Liqasının 2026/2027 mövsümündə iştirak edəcək 12 klubun adları verilib. Yekunda "Şamaxı" komandası qalib, "Sabah" ikinci, "Kəpəz" üçüncü olub.

Tədbirin sonunda "Şamaxı" komandasına medallar və kubok təqdim edilib. Həm qaliblər, həm də ikinci və üçüncü yerlərin sahibləri pul mükafatına layiq görülüb. Yarışın xanım iştirakçılarına xüsusi hədiyyələr, eyni zamanda Azərbaycan Kuboku mövzusunda suallara ən yaxşı cavab verən 4 komandanın üzvlərinə xatirə mükafatları verilib.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR