Macarıstanda oliqarxların gücü "budanır" - Baş nazir ölkə prezidentini də “səssiz devirir”

Macarıstanda oliqarxların gücü \"budanır\" - Baş nazir ölkə prezidentini də “səssiz devirir”  

DÜNYA

Bugün, 09:03

Türkiyədə keçirilən NATO sammitindən dönən kimi Macarıstan Baş naziri Peter Magyar dünyanın diqqətini özü və ölkəsinə cəlb edən ilk böyük siyasi addımını atıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, o, keçmiş Baş nazir Viktor Orbanın kuklası adlandırdığı Prezident Tamaş Sulyokun vəzifədən uzaqlaşdırılmasının qanuni yolunu açan yeni qanunun qəbul olunmasına nail olub.

Məlumata görə, Peter Magyarin istəyi ilə parlamentdə Prezident Tamaş Sulyokun səlahiyyət müddətinə vaxtından əvvəl xitam verəcək konstitusiya dəyişiklik 139 lehinə, 6 əleyhinə verilən səslə qəbul edilib.

Bundan başqa, dəyişikliyə əsasən, Konstitusiya Məhkəməsinin üzvləri üçün 70 yaş, parlament üzvləri üçün isə maksimum 12 il müddətinə deputat olmaq fürsəti tanınacaq.

Beəliklə, Macarıstanda keçmiş baş nazir, milyarder Viktor Orbanın 16 illik hakimiyyətinə son qoyan Magyar "Orbanın kuklası" adlandırdıqları prezident Tamaş Sulyoku, həmçinin pulun gücüylə deputat mandatları qazananların da yolunu kəsməyə başlayıb.

Xəbərdə o da deyilir ki, Konstitusiya düzəlişinin qüvvəyə minməsindən sonra parlament 30 gün ərzində yeni prezident seçəcək.

E.ARAZ

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR