Müharibə şiddətlənir: ABŞ İranı yenə vurdu, İran isə… - TRAMPDAN YENİ MESAJLAR

Müharibə şiddətlənir: ABŞ İranı yenə vurdu, İran isə… - TRAMPDAN  YENİ MESAJLAR

GÜNDƏM

Bugün, 08:23

ABŞ Prezident Donald Trampın əmri ilə İrana qarşı ötən gecə də hücum həyata keçirilib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Mərkəzi Ordu Komandanlığı (CENCOM)  məlumat yayıb.

Bildirilib ki Prezident Donald Trampın əmri ilə İrana qarşı üçüncü gecə hava hücumları olub: “İran qüvvələrinin Hörmüz boğazında mülki və ticarət gəmilərinə hücum etmək qabiliyyətini zəiflətməyə davam edəcəyik”.

Məlumatda deyilir ki, ABŞ ordusu İranda Bəndər Abbas,  Qeşm, Kiş və Əbu Musa adalarına güclü zərbələr endirib: “Burada İranın bir çox hərbi hədəfləri məhv edilib”.

İran mediası yazır ki, ABŞ Buşehr bölgəsinə də bomba yağdırıb.

Bu arada ABŞ prezidenti Donald Tramp İrana qarşı əməliyyatların davam edəcəyini dünyaya elan edib: "Bu gecə İrana çox sərt zərbə endirəcəyik, sabah da onlara çox sərt zərbə endirəcəyik. İranın isə qisas almaq gücü qalmayıb. Onların artıq edə biləcəkləri bir şey yoxdur. Onların heç bir şeyi yoxdur. Edə biləcəkləri tək şey açıqlamalar verməkdir. Onlar razılaşmaları pozmaq üçün hər şeyi etdilər. Son dərəcə etibarsız insanlardır. Bununla belə, hesab edirəm,  danışıqlara hələ yer var və razılaşma mümkündür".

Bu arada isə İran Hörmüz boğazından onların icazəsi olmadan keçən iki neft tankerini vurub.

Bu barədə Birləşmiş Ərəb Əmirliklərinin Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd edilib ki,  Hörmüz boğazından keçən ölkələrinə məxsus iki tanker- "Mombasa" və "Əl-Bahiyah"ın Omanın ərazi sularında üzərkən İran raketləri ilə vurullub. İlkin məlumata görə, ölən və yaralananlar var.

Samir MUSAYEV

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR