Türkiyə S-400-ləri satıb? – Ərdoğanın "Bizi izləməyə davam edin!" mesajının sirri açılır

Türkiyə S-400-ləri satıb? – Ərdoğanın \"Bizi izləməyə davam edin!\" mesajının sirri açılır  

GÜNDƏM

Bugün, 10:22

Türkiyənin Rusiyadan aldığı və bu səbəbdən  illərdir ABŞ-la F-35-lərin  alışı və F-16-lara texniki dəstək sahəsində böhrana səbəb olan Rusiya istehsallı S-400 hava hücumundan müdafiə sistemlərinin taleyi aydınlaşır.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Amerikanı məhz S-400-ü bəhanə edərək Ankaraya sanksiya tətbiq etməsi, Donald Trampın isə NATO sammitində sanksiyanın ləğvi barədə anonsundan sonra Ərdoğanın “ABŞ-la böhrana səbəb olan S-400 hava hücumundan müdafiə sistemləri maneəsini necə həll edəcəksiniz” sualına “bizi izləyin” cavabının görünməyən tərəfləri gün işığına çıxır.

“Hürriyet” qəzetinin iqtidara yaxın olan köşə yazarı Əbdülkadir Selvi iddia edib ki, artıq S-400-lər üçüncü ölkəyə satılıb: “Bəlkə də biz “S-400-lərə nə olacaq?” yox, “S-400-lərə nə oldu?” sualını verməliyik. Əldə etdiyim məlumata görə, S-400-lər üçüncü bir ölkəyə satılıb. Satış bu gün elan ediləcək. S-400-lər Körfəzdəki bir ölkəyə gedir. Dünən isə son detallar üzərində iş gedir...”

Əbdülkadir Selvinin sözlərinə görə, S-400-lər güman ki, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və ya Qətərə satılacaq.

Jurnalist Yunus Paksoyun iddiasına əsasən isə sanksiyaların ləğvi üçün ABŞ prezidenti Trampın Konqresə göndərəcəyi məktubda aşağıdakı 3 əsas şərti öz təsdiqinitapmalıdır:

“ - S-400-lər işlək olmamalıdır.

-       Türkiyədə artıq S-400-lər olmamalıdır.

-       Rusiya ilə oxşar müdafiə münasibətlərinin inkişaf etdirilməyəcəyinə dair öhdəlik götürülməlidir”.

Xəbərdə deyilir ki, ötən il İsrail hücumlarına məruz qalan və ABŞ istehsalı olan Patriot sistemlərinin İsraili "dost ölkə" kimi kodlaşdırılması səbəbindən aktivləşməməsini nəzərə alan Qətər alternativ müdafiə sistemləri axtarır: “İranla gərginlikdən və turizmə yönəlmiş iqtisadiyyatına zərbələrdən sonra BƏƏ-nin də hava hücumundan müdafiə şəbəkəsini fərqli sistemlərlə gücləndirmək istədiyi məlumdur”.

F.SƏFƏRLİ

Mia.az

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR