Azərbaycan və Gürcüstanın Mədəniyyət nazirlikləri arasında Birgə İşçi Qrupunun iclası keçirilib
MƏDƏNİYYƏT
Bugün, 17:26
Bakıda Azərbaycan və Gürcüstanın Mədəniyyət nazirlikləri arasında Birgə İşçi Qrupunun 3-cü iclası keçirilib.
Mia.az xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb.
Bildirlib ki, iclasda Gürcüstanın mədəniyyət nazirinin birinci müavini Giorgi Mirtsxulavanın rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edib. Azərbaycan nümayəndə heyətinə mədəniyyət nazirinin müavini Fərid Cəfərov rəhbərlik edib.
Tədbirdə Azərbaycan və Gürcüstan arasında mədəni-humanitar əməkdaşlığın hazırkı vəziyyəti və gələcək inkişaf perspektivləri geniş müzakirə olunub. Bildirilib ki, iki ölkə arasında strateji tərəfdaşlıq münasibətləri mədəniyyət sahəsində əməkdaşlığın ardıcıl genişlənməsi üçün etibarlı zəmin yaradır.
Fərid Cəfərov çıxışında qeyd edib ki, Azərbaycan və Gürcüstanı ortaq tarix, zəngin mədəni irs və mehriban qonşuluq ənənələri birləşdirir. O vurğulayıb ki, son illərdə mədəniyyət sahəsində əməkdaşlıq yeni məzmun qazanaraq kitabxana işi, muzey fəaliyyəti, teatr, mədəni irsin qorunması, təsviri incəsənət, yaradıcı sənayelər, kino və rəqəmsal transformasiya kimi istiqamətləri də əhatə edən sistemli tərəfdaşlığa çevrilib.
Gürcüstanın mədəniyyət nazirinin birinci müavini Giorgi Mirtsxulava səmimi qəbula görə təşəkkürünü bildirib, Azərbaycanla mədəni-humanitar əlaqələrin daha da inkişaf etdirilməsində maraqlı olduqlarını qeyd edib.
İclas çərçivəsində teatrlar arasında qastrol və birgə səhnə layihələri, muzeylər və kitabxanalar arasında əməkdaşlıq, mədəni irsin qorunması, sərgilərin təşkili, yaradıcı sənayelər, kino sahəsində birgə təşəbbüslər, həmçinin mütəxəssislərin qarşılıqlı təcrübə mübadiləsi ilə bağlı məsələlər müzakirə olunub.
Görüşün yekununda tərəflər Birgə İşçi Qrupunun fəaliyyətinin iki ölkə arasında mədəni əməkdaşlığın daha da dərinləşdirilməsi baxımından mühüm platforma olduğunu vurğulayaraq, qarşılıqlı maraq doğuran layihələrin həyata keçirilməsi və əlaqələrin gələcəkdə daha da genişləndirilməsi barədə razılıqlarını ifadə ediblər.
İclasın sonunda Azərbaycan Respublikası və Gürcüstanın Mədəniyyət nazirlikləri arasında Birgə İşçi Qrupunun 3-cü iclasının Protokolu imzalanıb. Protokolda mədəniyyət sahəsində əməkdaşlığın inkişafına dair razılaşdırılmış istiqamətlər öz əksini tapıb.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Çində bu bölgəni kobra ilanları basıb – Əhali təşvişdədir
Bugün, 19:10 DÜNYA
-
"Qazdan istifadə Qaydaları" təsdiqləndi
Bugün, 18:19 İQTİSADİYYAT
-
Hökumət qərar verdi - Bəzi qurumların ştat vahidləri təsdiqləndi
Bugün, 18:01 GÜNDƏM
-
Əli Əsədov binaların pasportlaşdırılması qaydalarını təsdiqləyib
Bugün, 18:01 GÜNDƏM
-
QHT işi: Nərgiz Muxtarovaya hökm oxundu
Bugün, 17:47 SİYASƏT
-
Bakıda kişi keçmiş arvadını küçədə güllələyib
Bugün, 17:36 KRİMİNAL
-
Azərbaycan və Gürcüstanın Mədəniyyət nazirlikləri arasında Birgə İşçi Qrupunun iclası keçirilib
Bugün, 17:26 MƏDƏNİYYƏT
-
“İki sahil” qəzeti 35 yaşını qeyd edir
Bugün, 17:14 PRESS
-
Ukrayna Rusiyanın neft infrastrukturlarına zərbə endirib: "Müharibə başladığı yerə - Rusiyaya dönür" – Zelenskidən açıqlama
Bugün, 17:09 GÜNDƏM
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Bugün, 17:00 İQTİSADİYYAT
-
Süni intellekt üçün internet “Bakcell”dən...
Bugün, 16:46 İQTİSADİYYAT
-
"Alqoritmlər qorxu və qəzəb doğuran məlumatları daha geniş auditoriyaya çıxarır" - Zahid Oruc
Bugün, 16:20 CƏMİYYƏT
-
Azərbaycandan Gürcüstana elektrik enerjisi veriləcək - Prezident İlham Əliyev sazişi təsdiqlədi
Bugün, 16:09 GÜNDƏM
-
Vaqif Poeziya Günləri keçiriləcək - Bu tarixdə
Bugün, 15:58 MƏDƏNİYYƏT
-
Türkiyə super liqasında yeni mövsüm: püşk atıldı, derbi vaxtları bəlli oldu
Bugün, 15:51 İDMAN
-
Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası keçirilib - Müzakirəyə nə çıxarılıb?
Bugün, 15:47 CƏMİYYƏT
-
Sevda Sanəliyeva: "Ərim var ki, gizlədim də"
Bugün, 15:41 ŞOU-BİZNES
-
Müğənni Mehinin ölkədən çıxışına qadağa qoyulub - VİDEO
Bugün, 15:29 ŞOU-BİZNES
-
Ərdoğanın daha bir liderə hədiyyə etdiyi tapança gündəm oldu – Hava limanında xəbər tutdu və…
Bugün, 15:20 GÜNDƏM
-
Ərdoğan liderlərə bu tapançanı hədiyyə edib – İlk dəfə görüntüləndi (FOTO)
Bugün, 15:11 GÜNDƏM
-
MİQ imtahanlarının vaxtı açıqlandı
Bugün, 14:59 GÜNDƏM
-
Küveytdən İranın hücumu barədə açıqlama: 4 raket, 10 dron zərərsizləşdirildi
Bugün, 14:46 DÜNYA
-
İran XİN-dən ABŞ-ın son hücumu barədə daha bir – AÇIQLAMA
Bugün, 14:33 DÜNYA
-
Nazir Vilayət Eyvazov rəisləri topladı: yeni tapşırıqlar verildi - DİN-də kollegiya iclası
Bugün, 14:29 CƏMİYYƏT
-
Xırdalan bələdiyyəsinin sabiq sədrinin cinayət işi - Məhkəməyə göndərildi
Bugün, 14:24 KRİMİNAL
-
YENƏ AZAL, YENƏ ŞİKAYƏT: "Bu, necə məsuliyyətsizlikdir?" - Sərnişin nədən narazıdır?
Bugün, 14:11 CƏMİYYƏT
-
ABŞ–İran müharibəsi: diplomatiya bitdi, risklər böyüdü - Professor yazır
Bugün, 14:08 YAZARLAR
-
Həbsdə olan TV rəhbəri sərbəst buraxıldı
Bugün, 13:54 PRESS
-
Rəsmi Moskva: “Əgər NATO strateqləri bir anlıq dayanıb düşünsəydilər..."
Bugün, 13:47 SİYASƏT
-
Məşhur aktrisa illərə meydan oxuyur
Bugün, 13:18 ŞOU-BİZNES
-
SOCAR və "Technip Energies Italy S.p.a." şirkəti arasında Anlaşma Memorandumu imzalanıb
Bugün, 13:12 İQTİSADİYYAT
-
"O vaxt MTN-dəki səlahiyyətlərindən istifadə edən Mövlam Şıxəliyev..." - YAP-ın keçmiş təşkilat sədri restoran qalmaqalından danışdı
Bugün, 12:57 SİYASƏT
-
Sabahın hava proqnozu açıqlandı
Bugün, 12:33 İQTİSADİYYAT
-
Türkiyədə yeni tədris proqramı: nə dəyişəcək? - TƏHLİL
Bugün, 12:28 DÜNYA