YENƏ AZAL, YENƏ ŞİKAYƏT: "Bu, necə məsuliyyətsizlikdir?" - Sərnişin nədən narazıdır?

YENƏ AZAL, YENƏ ŞİKAYƏT: \"Bu, necə məsuliyyətsizlikdir?\" - Sərnişin nədən narazıdır?

CƏMİYYƏT

Bugün, 14:11

"Şikayətim AZAL Hava Yolları ilə bağlıdır.  Bakı–Moskva uçuşumuz var idi. Moskvadakı mövcud vəziyyətlə (Ukrayna hücumu)  əlaqədar uçuşumuzu ləğv etdik. Saytda biletin 75 avro cərimə ilə geri qaytarılacağı qeyd olunmuşdu. Lakin indi görürəm ki, 75 avrodan əlavə, vergilər və öncədən seçdiyimiz oturacaqlar üçün ödədiyimiz 78 AZN 2 nəfər gediş-dönüş 310 manat  məbləğdən çıxılıb".

Mia.az xəbər verir ki, bu şikayəti Feysbuk-dakı "Müştəriyəm Şikayətim var" qrupunda Kama Həsənzadə adlı narazı sərnişin yazıb.
O, daha sonra AZAL-dan  istifadə etmədiyi oturacaqların və vergi pulunun niyə tutulmalı olduğunu soruşub: "Onsuz da təxminən 200 manatlıq biletləri 500 manata satırsınız. Bunun üzərinə istifadə etmədiyimiz xidmətlərin ödənişini də çıxmağınız heç də ədalətli deyil. Bizdən başqa qohumlarımız da həmin gün saat 09:15 reysi ilə uçmalı idilər. Hazırda da təyyarə hələ uçmayıb, bildirirlər ki, saat 13:00-da uçacaq. Əgər biz biletlərimizi qaytarmasaydıq, digər reysimizə də çata bilməyəcəkdik. Onda necə olacaqdı?
Cərimə etməyi bacarırsız,  amma yaranmış vəziyyətlə bağlı heç nə etmirsiz Bu, necə məsuliyyətsizlikdir? Sərnişinləri bu vəziyyətdə qoymaq heç bir halda qəbul olunan deyil. Bu məsələyə aydınlıq gətirilməsini və vəsaitin düzgün hesablanmasını xahiş edirəm".
Əhməd
MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR