Tanınmış futbolçu intihar etdi

img

08-10-2014 [22:18]


Rusiyanın "Rotor" klubunun sabiq futbolçusu Mixail Potılçak intihar edib.

MİA sportnet.az-a istinadən bildirir ki, bu addıma Potılçakın zədələrinin səbəb olduğu güman edilir.

O, 1996-cı ildə "Rotor"un heyətində Rusiya Premyer Liqasının gümüş mükafatçısı olub. Ölümündən öncə Potılçak həyat yoldaşına məktub yazıb. Məktubda 42 yaşlı sabiq futbolçu xanımına sonuncu dəfə sevgisini etiraf edib və özünü dünyada artıq sayaraq, buna görə üzr istəyib.

Faktla bağlı prosessual yoxlamalar təşkil olunub.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:23 08.03.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA