Tramp F-35-lərə yaşıl işıq yandırdı, Netanyahu qorxuya düşdü: "Onlar Osmanlı İmperiyasını dirçəltmək istəyirlər"

Tramp F-35-lərə yaşıl işıq yandırdı, Netanyahu qorxuya düşdü: \"Onlar Osmanlı İmperiyasını dirçəltmək istəyirlər\"

GÜNDƏM

Bugün, 00:03

Ankarada səfərdə olan ABŞ prezidenti Donald Trampın Türkiyəyə F-35 qırıcı təyyarələrinin satışına yaşıl işıq yandırması İsraildə böyük ajiotaj yaradıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, İsrailin baş naziri Benyamin Netanyahu dərhal açıqlama verib.

O, Vaşinqtona səslənərək F-35-lərin satışını dayandırmağı istəyib: “Türkiyəyə F-35-lərin satılması Yaxın Şərqdə güc balansını pozacaq. Türkiyənin bu hava gücünə sahiblənməsi regional təhlükəsizliyi risk altına qoyacaq. Unutmayaq ki, Türkiyənin aqressiv ambisiyaları var.  Onlar Osmanlı İmperiyasını dirçəltmək istəyirlər. Mən rəhbər olsaydım, onları satmazdım. ABŞ F-35 satışını dayandırmalıdır.

Qərb dünyası və digər ittifaq üzvləri bilməlidir ki, Türkiyə NATO müttəfiqi olan Yunanıstanı da təhdid edirlər. Onlar başqa bir NATO ölkəsi olan Kiprin yarısını işğal edirlər. Ən əsası isə onlar mənim ölkəmi, yeganə yəhudi dövlətini məhv etməklə hədələyirlər."

Samir MUSAYEV

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR