Rəsmi Moskva: “Ankarada keçirilən NATO Sammitini diqqətlə izləyirik”

Rəsmi Moskva: “Ankarada keçirilən NATO Sammitini diqqətlə izləyirik”  

DÜNYA

Bugün, 13:54

“Ankarada keçirilən NATO Sammitini diqqətlə izləyirik”

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri Moskvada jurnalistlərin suallarını cavablandıran Kremlin sözçüsü Dmirti Peskov deyib.

O bildirib ki, sammitdən əvvəl Rusiyaya qarşı aqressiv açıqlamalar var və bu qarışıq, Ukrayna prezidentinin görüşlərinədək hər şeyə həssas yanaşırlar: “ABŞ-a gəldikdə isə Vaşinqtonla əlaqəmiz davam edir. Biz birlikdə sülhə nail olmaq üçün səylərimizin uğurlu olacağına ümidliyik”.

Xatırladaq ki, bu gün Ankarada başlayan sammitlə bağlı Prezident Rəcəb Tayyib Ərdoğan ABŞ Prezidenti Donald Tramp, Fransa Prezidenti Emmanuel Makron, Finlandiya Prezidenti Aleksandr Stubb, Slovakiya Prezidenti Peter Pelleqrini, Böyük Britaniya Baş naziri Keyr Starmer, Almaniya Kansleri Fridrix Merts, İtaliya Baş naziri Giorgia Meloni, Kanada Baş naziri Mark Karni, Albaniya Baş naziri Edi Rama, Bolqarıstan Baş naziri Rumen Radev, Monteneqro Baş naziri Milojko Spajic, NATO Baş katibi Rutte və Avropa Birliyi Şurasının prezidenti Antonio Kosta da daxil olmaqla, bir çox ölkə liderləri ilə görüşəcək.

Bundan başqa, Xarici işlər nazirləri və müdafiə nazirləri də sammit çərçivəsində işgüzar görüşlər keçirəcəklər.

E.ARAZ

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR