08-10-2014 [20:08]
Bir neçə gün öncə Milli Şura və Müasir Müsavat partiyası oktiyabrın 12-i saat 15:00-a "Məhsul" stadionunda eyni günə və eytni saata mitinq təyin etdilər.
Hər iki təşkilat bununla bağlı Bakı Şəhər icra hakimiyyətinə mitinq keçirmək üçün müraciət etsə də, şəhər meriyası Milli Şuraya mitinq keçirmək üçün icazə verib.
Bu məsələni Müasir Müsavat partiyasının sədri Hafiz Hacıyev Ölkə.az-a şərh edib.
Hafiz Hacıyev: "Görünür hakimiyyətdə Azərbaycanda qarışıqlıq salmaq istəyən bəzi qüvvələr var. O qüvvələr ki, çalışırlar Azərbaycanda stabillik pozulsun və buna da nail oldular. Biz Milli Şuradan öncə Bakı şəhər icra hakimiyyətinə müraciət etmişdik amma çox təəsüf ki, Bakı şəhər icra hakimiyyəti müstəqil deyil, hardansa göstəriş alan qurumdur. Görünür Kərimov Əlinin tərəfdarları hakimiyyət daxilində daha çoxdur. Azərbaycanda stabilliyin pozulmasını istəyən qüvvələr Milli Şuraya üstünlük verdilər. Azərbaycanda dövləti müdafiə etmək, xalqın qayğısına qalmaq elə bil ki, cinayət kimi bir şeydir. Bizim hakimiyyətdə olan qüvvələrə Kərimov Əli, Cəmil Həsəli kimiləri lazımdır ki, onların dedikləri ilə oturub dursunlar.
Biz Milli Şuradan əvvəl icazə istəmişik, ancaq onlara icazə onlara veriblər, bizə yox. Bu, Azərbaycanda qanunların pozulmasıdır. Hakimiyyətin daxilindəki qüvvələrdən soruşuram, "nəyə görə, Hafiz Hacıyevə icazə vermədiz ki, ermənilərin Avropa Şurasında 46 nəfərin çıxışına etirazını bildirsin.Onun yerinə bir neçə gün öncə Azadlıq radiosunda ölkə başçısının əlehinə danışan Kərimov Əlinin mitinqinə icazə verdiniz?" Görünür hakimiyyətin daxilində kimlərəsə sabitliyin pozulmasını istəyir ki, dövlət başçısının başı bu problemlərə qarışsın və bunlar da öz bildiklərini etsinlər.
Biz ikinci dəfə mitinqin keçirilməsi üçün hazılaşacağıq. Bu dəfə hakimiyyət daxilində ikili standarla işləyən qüvvələrin oyununu da ifşa edəcəyik, biz bunlara dözə bilmərik. Biz istəyirik Azərbaycanda stabillik pozulmasın, Azərbaycan xarici qüvvələrin diqtəsi ilə idarə edilməsin.
Çox yaxın zamanda Azərbaycanda ciddi mübarizəyə qalxacağıq. Azərbaycanda hamı görəcək ki, kim kimdir. Biz onlardan öncə icazə istədik ancaq onlar Milli Şuraya icazə verdilər. Bu özü Kərimov Əlinin hakimiyyətin adamı olmasının əyani sübutudur. Bakı şəhər icra hakimiyyətinin qərarından prezidentin xəbəri yoxdur. Heç kim istəməz ki, belə bir həssas dövrdə stabillik pozulsun. Stabilliyi pozmaq istəyən qüvvələr var, onlar hakimiyyətin daxilindədir və onlar buna nail oldular.
Bakı Şəhər icra başçısı Hacıbala Abutalıbov bilməlidir ki, 12 oktiyabr mitinqi ilə Azərbaycanda kütləvi aksiyaların bünövrəsinin qoyulma tarixi olacaq. Bu aksiyalar ardıcıl gedəcək. Onlar xarici təşkilatlara göstərəcək ki, bizim bazamız var, bunların pulunu çoxaldacaqlar, mitinqlər davam edəcək. Bunun nəticəsində də Azərbaycanda stabillik pozulacaq və bütün məsuliyyət Hacıbala Abutalıbovun üstündə qalacaq. Bu insanların əksəriyyəti dövlətə xəyanət etməkdən ötrü ölürlər".
"Trobzonspor"un oyunçusu "Gənclərbirliyi"nə keçib
Kristjan Asllani İstanbula gəlir
WUF13:tərəfdaş tədbirlərinə qeydiyyat müddəti uzadılıb
583, 586 əyar və diş qızılı.. - Qiymət Azərbaycanda nə qədər qalxıb?
Nazirlikdə nöqsanlar aşkarlanıb
General rütbəsi verilən gömrükçülər kimlərdir? - FOTOLAR
Tərtərin prokuroru vəzifədən azad olunub
"Beşiktaş"ın prezidenti: "Vəzifəmin başındayam"
“Kapital Bank”ın haqsız faiz siyasəti - İqtisadçı yazır
Ədliyyə Nazirliyi bu QHT-nin ləğvini istəyib
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Xəzər rayonunda üç evdən oğurluq olub
Özü 20 min, müavinləri 15 min, köməkçiləri 10 min manat alan Agentlik sədri... - Mətbuat katibi maaşla bağlı sualdan yayındı
Şadlıq evlərindən baha olan restoranlar: bir nəfərin yeməyi neçədən başlayır? - SİYAHI
Xəzərin sahilində nəhəng beton bünövrələr üzə çıxıb
FİFA Türkiyə klubunu cəzalandırdı - Polşalı qapçıya gərə
ABŞ Səfirliyi “Qarabağ”ı təbrik edib
Almaniya əhalisi azalıb - 2020-ci ildən bəri ilk dəfə...
Əli Əsədov yeni qərar imzalayıb
İranın vitse-prezidenti xalqdan üzr istədi
Bəylər Eyyubovun qardaş oğlu həbsdən buraxılmadı - Məhkəmə prosesi
Masallıda 2 uşaqlı ananın üçəmi də dünyaya gəlib
Regional İdarə rəisi vəzifədən azad olunub
Azərbaycan Milli Hidrogen Strategiyasının tətbiqinə dair İşçi Qrupun iclası keçirilib
Ekspert AHİK rəhbərliyini necə çətin vəziyyətə salıb? - "Birdən-birə niyə belə bir oyuna əl atıldı?"
Torpaq vergisi bəyannaməsi ilə bağlı müddəti dəyişib
“Məndən nə istəyirsiniz?” – Rəqsanə canlı yayımda ağladı (VİDEO)
Manipulyasiya necə edilir və ya yalan nədir, doğru nədir? - TƏHLİL
Əli Əsədov sərəncam imzalayıb
Yasamaldakı qara paltarlı o qadın tutuldu - VİDEO, FOTO
DAHA BİR GENERALA YÜKSƏK VƏZİFƏ VERİLDİ
"TikTok"un vəzifəli şəxsləri gizli qoruma oyunu - Amerikada Tramp qorunur, bizdə isə Prezidenti təhqirə geniş yer açılır
Məktəb direktorunun şagirdi vurması iddiası araşdırılır
Sabah hava necə olacaq? - Proqnoz
AFFA klubları cəzalandırdı
Rusiyada bakalavriat və magistratura ləğv edilir
"Changan"dan şikayətlər artır - Bəs ekspert nə deyir?
Deputat yenə cəza və cərimə tələb edən nazir müavininə qəzəbləndi: "İnsanlar boğaza yığılıblar"
Ordu və polis müvəqqəti prezidenti "Sədaqət andı" içdi - "Komandir əsası" təqdim olundu
"Balkonlardan tullanmayın" - Qapçının qolu ilə pley-offa yüksələn "Benfika"nın Baş məşqçisi kimə replika atdı?
Türklər parçalananda Rusiya böyüyür, birləşəndə kiçilir - Bu, tarix boyu təkrarlanan geosiyasi qanundur (Təhlil)
"Qardaşım vəfat etməyib" - Əhəd Abıyev