“NATO-dan çıxmaq fikrində deyilik, lakin…” – ABŞ-ın Alyansdakı səfirindən açıqlamalar

“NATO-dan çıxmaq fikrində deyilik, lakin…” – ABŞ-ın Alyansdakı səfirindən açıqlamalar  

GÜNDƏM

Bugün, 00:07

“Avropa ölkələri, xüsusən də İspaniya NATO-ya daha az büdcə ayırır”.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri ABŞ-ın NATO-dakı səfiri Metyu Uitaker deyib.

O bildirib ki, ABŞ lideri Tramp məhz bu səbəbdən ölkəsinin NATO-dan çıxma məsələsindən söz açıb: "Lakin ABŞ NATO-dan çıxmağı planlaşdırmır. Ancaq təbii ki, ittifaqdakı rolunu azaltmağın yollarını fəal şəkildə araşdırır".

Səfırin sözlərinə görə, NATO-dakı müttəfiqlərinin öz üzərlərinə daha böyük məsuliyyət götürmələrini gözləyirlər: “Sülhü güc vasitəsilə qorumağın yolu budur: birlikdə dayanmaqla, birlikdə investisiya qoymaqla və NATO Alyansının dövrün tələblərinə uyğun bir sürətlə hərəkət etməsini və bu gün sabahın çağırışlarına hazır olmasını təmin etməklə buna nail olmaq olar. Bunun üçünsə, xərclər əsasən ABŞ-ın üzərində olmamalıdır. Avropa ölkələri, nəhayət, daha böyük vəsaitlər ayırmalıdır…".

Samir MUSAYEV

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR