Tramp NATO sammitinə saatlar qalmış foto paylaşdı, Baş naziri ələ saldı: “Uzaqlaşdırma qərarı çıxarmaq lazımdır”

Tramp NATO sammitinə saatlar qalmış foto paylaşdı, Baş naziri ələ saldı: “Uzaqlaşdırma qərarı çıxarmaq lazımdır”

GÜNDƏM

Bugün, 11:16

Bu gündən başlayacaq və Ankarada keçiriləcək NATO sammitin saatlar qamış ABŞ Prezidenti Donald Trampla İtaliya Baş naziri Giorgia Meloni arasında növbəti gərginlik yaranıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bundan əvvəl Tramp G7 zirvəsində “Meloni şəkil çəkdirmək üçün mənə yalvarırdı” deyərək Baş naziri qəzəbləndirsə də, görünür, hirsi soyumayıb.

 O, həmin vaxtı “Nə mən, nə İtaliya heç vaxt yalvarmaz” – deyən Baş nazirlə bu gün daha bir fotolarını (Trampa heyranlıqla baxmasını əks etdirən foto yazıya əlavə olunub – MİA.AZ) paylaşaraq, bu dəfə də onu ələ salıb: “Bu adam haqqında uzaqlaşdırma qərarı çıxarılmalıdır”.

Baş nazir isə ABŞ liderinə cavab verib: "Prezident Tramp, bu davamlı və əsassız hücumlar mənasızdır. Populyarlığıma gəldikdə isə, sizin dostunuz olmağın mənə heç bir faydası olmayıb."

E.ARAZ

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR