Manaf Ağayev: ”Məni saxlamayıblar, zənglə dəvət ediblər, gəlmişəm" - "Deyirlər ki, guya balaca qardaşımdı"

Manaf Ağayev: ”Məni saxlamayıblar, zənglə dəvət ediblər, gəlmişəm\" - \"Deyirlər ki, guya balaca qardaşımdı\"

ŞOU-BİZNES

Bugün, 17:13

Son zamanlar Manşet.az xəbər portalının baş redaktoru Əli Vəliyevlə sosial mediada mübahisələri yayılan müğənni Manaf Ağayevin polisə aparılması barədə məlumat yayılıb.

Mia.az-ın xəbərinə görə, yayılan məlumatlarda buna səbəb kimi kriminal aləmin nümayəndəsi kimi özünü təqdim edən şəxsin jurnalisti hədələməsi olub.

Məsələ ilə bağlı gununsesi.info-nun əməkdaşı Manaf Ağayevlə əlaqə saxlayıb.

Müğənni bildirib ki, onu Nərimanov Rayon Polis İdarəsinə dəvət ediblər: ”Məni saxlamayıblar. Zənglə dəvət ediblər, mən də gəlmişəm. Əliyə kimsə zəng edibsə, bunu mən bilmirəm. Deyirlər ki, guya balaca qardaşımdı. Evimizdə kiçik qardaş mənəm. Araşdırırlar, mən də çıxıram”.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR