Paşinyan Aİ rəsmisi ilə bir arada: "Azərbaycan və Türkiyə ilə..."

Paşinyan Aİ rəsmisi ilə bir arada: \"Azərbaycan və Türkiyə ilə...\" 

SİYASƏT

Bugün, 12:51

"Azərbaycan və Türkiyə ilə elektrik verilişi xətlərinin çəkilməsi Ermənistanın enerji təhlükəsizliyinə töhfə verəcək".

Bu barədə ölkənin Baş naziri Nikol Paşinyan İrəvanda Avropa Komissiyasının sədri Ursula fon der Lyayenlə birgə mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, kommunikasiyaların açılması kontekstində nəqliyyat sahəsində qarşılıqlı əlaqələrin təmin edilməsi ilə yanaşı, enerji sahəsində də qarşılıqlı əlaqələrin genişləndirilməsi, o cümlədən Türkiyə və Azərbaycanla enerji əlaqələrinin inkişaf etdirilməsi vacibdir.

"Bu, elektrik verilişi xətlərinin və birləşdiricilərin çəkilməsini əhatə edir ki, bu da həm enerji təhlükəsizliyinə, həm də "yaşıl keçid"ə töhfə verə bilər", – N.Paşinyan bildirib/report.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR