08-10-2014 [15:43]
"Qafqazinfo”nun verdiyi xəbərə görə, qurultay və başqanlıq seçkisinin müzakirəsi zamanı tərəflər arasında dialoq gərginləşib. Hər iki tərəf bir-birini hakimiyyətə işləməkdə ittiham edib.
Efir zamanı olan müzakirəni dialoq formatında təqdim edirik:
Qubad İbadoğlu: Arif Hacılı partiyanı olduğu kimi saxlamaq, mən yenilik etmək istəyirdim.
Gülağa Aslanlı: Sizdən fərqli olaraq mən Müsavat Partiyasına başqa partiyadan gəlməmişəm. Mənim heç vaxt biznesim olmayıb.
Qubad İbadoğlu: Siz danışığınıza diqqət edin. Faktlarınız varsa, açıqlayın. Müsavat hökümətdə fəaliyyətini dayandıranda Siz getdiniz 1999-cu ilə kimi bu iqtidara qulluq etdiniz.
Gülağa Aslanlı: Mən sizin bəyənmədiyiniz Əbülfəz Elçibəyin sərəncamı ilə "Biyan İstehsalat Birliyinə” sədr təyin olunmuşam. Məclisin qərarı ilə vəzifəmdə qalmışam. Məni sonra da işdən çıxarmayıblar.
Qubad İbadoğlu: Çünki yaxşı xidmət eləmişdiniz.
Gülağa Aslanlı: Siz və qardaşlarınız hələ də hakimiyyətə xidmət edirsiniz. Bu da göz qabağındadır.
Qubad İbadoğlu: Siz hakimiyyətə xidmət edirsiniz. Səviyyəniz də budur.
Gülağa Aslanlı: Sizin səviyyəniz budur.
Qubad İbadoğlu: Ağsaqqal adamsınız. Özünüzü aparmağı öyrənin.
Gülağa Aslanlı: Ağsaqqal adama hörmətlə yanaş və yalan danışma.
Qubad İbadoğlu: Müsavat Partiyası dəyişməli və bir qrupun inhisarından çıxmalıdır.
Gülağa Aslanlı: Müsavat Partiyasının dəyişməsi avtoritar yox, seçki yolu ilə olur. Seçkidə iştirak etməyi öyrənin, qalib gəlib.
Qubad İbadoğlu: Seçkini keçirmək qabiliyyətini ortaya qoydunuz. Ömrü boyu iqtidardan bəhrələnən gəlib burda mənə Müsavat dərsi keçir.
Gülağa Aslanlı: Siz seçkiyə siyahı vermişdiniz. Sizin siyahıya görə 11 nəfər MNTK üzvü seçilməli idi.
Qubad İbadoğlu: Araşdırın, sonra danışın.
Ads by CinPlus-2.5c×Gülağa Aslanlı: Qubad bəyin bayaqdan dediyi məsələlərin heç bir əsası yoxdur. O artıq burada İsa Qəmbərə də böhtan atır. Guya bunun hansısa təklifləri olub qəbul olunmayanda İsa Qəmbər nəsə deyib. Dünənki tədbirdə də məqsəd İsa bəyə və Arif bəyə böhtan atmaq, partiya işini sabotaj etmək idi. Şikayəti təqdim etmək üçün hökmən bunu Azərbaycana yaymaq lazım idi?!
Seçki siyahılarının paylanmasının əleyhinə idik. Tural Abbaslı çıxış etdi ki, gənclər qurultay nümayəndələrini tanımırlar. Buna görə də seçici siyahısı olsun və paylansın. Qubad bəy də etiraz etmədi. Razılaşdırıldı ki, səsvermə başladıqdan sonra bir-birinə verilməsin. Bu da nizamnaməyə zidd deyildi. 146 nəfərin içindən 80 nəfər seçilməli idi. O siyahılarda da kimlərə səs vermək lazım olduğu yazılmışdı. İddia olunur ki, bunu Arif Hacılı edib. Amma bu Tural Abbaslının təklifi idi. Sonradan məlumat yayıldı ki, iki siyahı olub. Gua birini Arif Hacılı, digərini isə Qubad İbadoğlunun tərəfdarları paylayıb.
Qubad İbadoğlu: Siyahı var. Biz onu təqdim etmişik və araşdırılmalıdır. Samux rayonunda konfrans keçirilməyib, amma 3 qurultay nümayəndəsi seçilib. Onardan 1-i Gəncə, 2-si isə Xanlar rayon təşkilatının üzvü olub. Heç biri Samux rayon təşkilatının üzvü olmayıb.
Qeyd edək ki, sentyabrın 27-də keçirilən qurultayda Qubad İbadoğlu 28 səs azlığı ilə Arif Hacılıya məğlub olub.
Murad Əhməd
"Trobzonspor"un oyunçusu "Gənclərbirliyi"nə keçib
Kristjan Asllani İstanbula gəlir
WUF13:tərəfdaş tədbirlərinə qeydiyyat müddəti uzadılıb
583, 586 əyar və diş qızılı.. - Qiymət Azərbaycanda nə qədər qalxıb?
Nazirlikdə nöqsanlar aşkarlanıb
General rütbəsi verilən gömrükçülər kimlərdir? - FOTOLAR
Tərtərin prokuroru vəzifədən azad olunub
"Beşiktaş"ın prezidenti: "Vəzifəmin başındayam"
“Kapital Bank”ın haqsız faiz siyasəti - İqtisadçı yazır
Ədliyyə Nazirliyi bu QHT-nin ləğvini istəyib
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Xəzər rayonunda üç evdən oğurluq olub
Özü 20 min, müavinləri 15 min, köməkçiləri 10 min manat alan Agentlik sədri... - Mətbuat katibi maaşla bağlı sualdan yayındı
Şadlıq evlərindən baha olan restoranlar: bir nəfərin yeməyi neçədən başlayır? - SİYAHI
Xəzərin sahilində nəhəng beton bünövrələr üzə çıxıb
FİFA Türkiyə klubunu cəzalandırdı - Polşalı qapçıya gərə
ABŞ Səfirliyi “Qarabağ”ı təbrik edib
Almaniya əhalisi azalıb - 2020-ci ildən bəri ilk dəfə...
Əli Əsədov yeni qərar imzalayıb
İranın vitse-prezidenti xalqdan üzr istədi
Bəylər Eyyubovun qardaş oğlu həbsdən buraxılmadı - Məhkəmə prosesi
Masallıda 2 uşaqlı ananın üçəmi də dünyaya gəlib
Regional İdarə rəisi vəzifədən azad olunub
Azərbaycan Milli Hidrogen Strategiyasının tətbiqinə dair İşçi Qrupun iclası keçirilib
Ekspert AHİK rəhbərliyini necə çətin vəziyyətə salıb? - "Birdən-birə niyə belə bir oyuna əl atıldı?"
Torpaq vergisi bəyannaməsi ilə bağlı müddəti dəyişib
“Məndən nə istəyirsiniz?” – Rəqsanə canlı yayımda ağladı (VİDEO)
Manipulyasiya necə edilir və ya yalan nədir, doğru nədir? - TƏHLİL
Əli Əsədov sərəncam imzalayıb
Yasamaldakı qara paltarlı o qadın tutuldu - VİDEO, FOTO
DAHA BİR GENERALA YÜKSƏK VƏZİFƏ VERİLDİ
"TikTok"un vəzifəli şəxsləri gizli qoruma oyunu - Amerikada Tramp qorunur, bizdə isə Prezidenti təhqirə geniş yer açılır
Məktəb direktorunun şagirdi vurması iddiası araşdırılır
Sabah hava necə olacaq? - Proqnoz
AFFA klubları cəzalandırdı
Rusiyada bakalavriat və magistratura ləğv edilir
"Changan"dan şikayətlər artır - Bəs ekspert nə deyir?
Deputat yenə cəza və cərimə tələb edən nazir müavininə qəzəbləndi: "İnsanlar boğaza yığılıblar"
Ordu və polis müvəqqəti prezidenti "Sədaqət andı" içdi - "Komandir əsası" təqdim olundu
"Balkonlardan tullanmayın" - Qapçının qolu ilə pley-offa yüksələn "Benfika"nın Baş məşqçisi kimə replika atdı?
Türklər parçalananda Rusiya böyüyür, birləşəndə kiçilir - Bu, tarix boyu təkrarlanan geosiyasi qanundur (Təhlil)
"Qardaşım vəfat etməyib" - Əhəd Abıyev