Rusiya Kiyevi tutmaq istəyir? - Zelenski səfərini yarıda kəsdi, nazir anons verdi - Polşa isə döyüş təyyarələrini havalandırdı

Rusiya Kiyevi tutmaq istəyir? - Zelenski səfərini yarıda kəsdi, nazir anons verdi - Polşa isə döyüş təyyarələrini havalandırdı

GÜNDƏM

Bugün, 08:57

Rusiya Ukraynanın paytaxtı Kiyevə genişmiqyaslı hava hücumuna başlayıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, Rusiyanın dron və raketlərlə hücumu nəticəsində ən azı səkkiz nəfər həlak olub, 30-dan çox yaralı var.

Kiyev administrasiyasından bildirlib ki, çoxsaylı yaşayış binaları ilə yanaşı, bir otel də yanıb.

Məlumatda deyilir ki, hücumla bağlı Ukrayna prezidenti Volodimir Zelenski İrlandiyaya səfərini yarımçıq qoyaraq geri dönüb.

Polşa Müdafiə Nazirliyi isə Rusiyanın Polşa ilə sərhəd bölgələrinə də hücum ehtimalını nəzərə alaraq, döyüş təyyarələrini havalandırıb: “Rusiya raket, dron və döyüş təyyarələrinin  sərhədimizi pozmaması üçün ayaqdayıq”.

Ukrayna Baş Qərargah rəisi Aleksandr Sırski isə hücumla əlaqədar bildirib ki, Rusiya prezidenti Vladimir Putin ordusuna Kiyevi tutmaq üçün orduya yeni hücum əməliyyatları planı hazırlamaq əmrini verib.

Sırski iddia edib ki, Ukrayna paytaxtını və ətrafını ələ keçirmək üçün Belarus ərazisindən də hücum planının işə salınması variantı gündəmdədir.

Bu arada isə Ukrayna Putinin doğulduğu və əsas ixrac və neft emalı müəssisələrinin yerləşdiyi Leninqrad bölgəsinə dron hücumuna start verib. Ötən gecə Rusiya bölgədə 6 Ukrayna dronunun vurulduğunu açıqlayıb.

Samir MUSAYEV

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR