Tramp iki ölkəyə “barmaq silkələdi”, dünyaya maraqlı mesajlar verdi – “Biz buna icazə verməyəcəyik”

Tramp iki ölkəyə “barmaq silkələdi”, dünyaya maraqlı mesajlar verdi – “Biz buna icazə verməyəcəyik”

GÜNDƏM

Bugün, 08:31

ABŞ Prezidenti Donald Tramp daha iki ölkəni hədələyib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə o, Şimali Dakotada Teodor Ruzvelt Prezident Kitabxanasının açılışında danışıb.

Tramp çıxışında Panama kanalı, Çinlə münasibət, ABŞ-da doğulanlara vətəndaşlıq verilməsinin düzgün olmaması və ölkə iqtisadiyyatı barədə fikirlərini bölüşüb.

Tramp Panama kanalının vaxtilə ABŞ tərəfindən tikildiyini bir daha xatırladaraq, kanala nəzarətin Panamaya verilməsinin böyük tarixi  səhv olduğunu iddia edib: “Unutmayaq, o kanalın tikinti zamanı 38 mindən çox amerikalı vətəndaşımız malyariya və digər səbəblərdən hıyatları ilə vidalaşıblar. Onlar isə bunun qarşılığını verməyiblər. Üstəlik, oarada Çinə şərait yaradıblar. Gərəkirsə, Panama kanalına nəzarəti bərpa etmək üçün hərbi gücdən istifadə edəcəyik. Biz həm haqqımızı geri almalı, həm də Çinin kanalı tam ələ keçirməyə çalışmasının qarşısını almalıyıq. Biz buna icazə verməyəcəyik”.

ABŞ-ın Ruzvelt dövründə böyük bir gücə çevrildiyini deyən Tramp bildirib ki, ölkəsi bu gün daha da güclüdür: “Səudiyyə Ərəbistanı kralı bir il əvvəl mənə dedi ki, “Baydenin dövründə ölkəniz sanki ölü idi. Biz sizdən imtina etmişdik”. Onlar Çin və digər ölkələrdə himayə axtarırdılar. Sonra dedi ki, “İndi siz dünyanın ən çox güvənilən ölkəsisiniz”. Bəli, bu, faktdır, doğrudur. ABŞ dünyanın ən qüdrətli dövlətidir"

Neft qiymətlərinin sürətlə ucuzlaşmasından da söz açan Tramp buna İranla müharibənin başa çatmasının səbəb olduğunu gizlətməyib: “Hörmüz boğazından gəmi daşımaları rekord səviyyələrə yüksəlib.Yanacaq qiymətlərinin sürətlə düşdüyünü görürsünüz. Çünki gəmilər Hörmüz boğazından əvvəllər heç kimin görmədiyi sayda sürətlə neft daşıyırlar. Biz rekordlar qırırıq. Neft düşür. Sizə demişdim ki, düşəcək. Hər şeyə tam nəzarətimiz var. Bu, Amerikanın qızıl dövrünün başlanğıcıdır."

Samir MUSAYEV

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR