"MMP və “Milli Şura” eyni gündə, məkanda mitinq keçirəcək"

img

08-10-2014 [13:05]


"AXCP sədri Əli Kərimli mütəmadi olaraq "Azadlıq radiosu”nun efirində Azərbaycan dövlətinin və mənim ünvanıma çox əxlaqsız, ləyaqətsiz, etikaya yaraşmayan söhbətlər aparır. Təbii ki, mən də buna etiraz əlaməti olaraq "Azadlıq radiosu”nu məhkəməyə vermişəm”. Bunu SİA-ya Müasir Müsavat Partiyasının (MMP) sədri Hafiz Hacıyev deyib.

Partiya sədrinin sözlərinə görə, əgər sözügedən radio demokratiyadan dəm vurursa, o zaman mənim də fikirlərimi öyrənsin: "Qoy "Azadlıq radiosu” bir saat vaxt ayırsın və mən də Kərimov Əlinin söylədiyi təhqiramiz fikirlərə öz cavabımı verim. Onlar mənə 1-2 gün vaxt veriblər ki, məsələni həll edəcəklər. Əgər bu olmazsa, mən "Azadlıq radiosu”nu məhkəməyə verəcəm. Hesab edirəm ki, məhkəmə vasitəsilə bu məsələlər çözüləcək. Kərimov Əli orada MMP-ni hakimiyyətin əlaltısı adlandırıb. Bəs gəlin görək onlar bunu nəyə görə deyib? Çünki onlar da oktyabrın 12-nə mitinq keçirməyi planlaşdırırlar.

Müxalifətin fikrincə, guya Azərbaycanda insan haqları pozulur, söz, demokratiya azadlığı yoxdur və s. Bununla belə, müxalifət ermənipərəst Leyla Yunusun həbs olunması məsələsini gündəmə gətirmək istəyir. Bəzi Qərb, Avropa dövlətləri Azərbaycanda Əli kimi gədələri, Cəmil Həsənli kimi ermənilərə xidmət edən insanların başını dolayaraq ölkəmizdə sabitliyi pozmağa vadar edirlər. Təbii ki, biz də buna etiraz əlaməti olaraq eyni vaxtda, məkanda onlarla birgə mitinq keçirməyi planlaşdırırıq”.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA