Kılıçdaroğlu daha 26 təşkilat sədrini vəzifədən azad etdi, 7 nəfər isə... - SİYAHI  

Kılıçdaroğlu daha 26 təşkilat sədrini vəzifədən azad etdi, 7 nəfər isə... - SİYAHI  

DÜNYA

Bugün, 19:07

Türkiyənin ana müxalifət partiyası CHP-nin sədri Kamal Kılıçdaroğlu əvvəlki sədri Özgür Özəli dəstəkləyən daha 26 təşkilat sədrini vəzifədən azad edib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə CHP sözçüsü Müslim Sarı açıqlama verib.

Onun sözlərinə görə, onlardan 7-nin isə ümumiyyətlə, partiyadan xaric edilməsi məsələsinə baxılacaq: “Ağrı, Aksaray, Amasya, Batman, Bilecik, Bolu, Çanaqqala, Dənizli, Diyarbəkir, Düzce, Eskişehir, Hakkari, İğdır, Qars, Kırıkkale, Manisa, Mardin, Muğla, Muş, Niğde, Nevşehir, Osmaniye, Samsun, Sivas və Tunceli kimi şəhərlərin sədrəri vəzifədən çıxarıldılar. 7 keçmiş təşkilat sədrinin üzvülükdən xaric olunması haqqında məsələ yaxın vaxtlarda partiyanın İntizam Şurasında baxılacaq”.

Müslüm Sarı deyib ki, onlar aşaıdakı funksionerlərdir:

Dənizli - Əli Osman Horzun

Muğla - Nail Kızıl

Eskişehir - Tələt Yıldız

Sinop - Aykut Cem Yalçınkaya

Düzce - Özcan Dağıstanlı

Qars - Onur Ulaş

Tunceli - Berkay Gündoğan

F.Səfərli

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR