Baş nazirin xanımının ölkədən çıxışına qoyulan qadağa götürüləcək? - İstintaqın cavabı gözlənilir

Baş nazirin xanımının ölkədən çıxışına qoyulan qadağa götürüləcək? - İstintaqın cavabı gözlənilir

DÜNYA

Bugün, 17:41

İspaniyanın Baş naziri Pedro Sançez 4 ayrı-ayrı ccinayət işi üzrə dindirilən həyat yoldaşı Beqona Qomezin “əl qoyulmuş” pasportunun geri qaytarılması üçün istintaqa  müraciət edib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, müraciətində iyulun 7-10 tarixlərində Ankarada NATO sammiti keçiriləcəyinə xatırladıb və həyat yoldaşı ilə birgə həmin səfərdə iştirakını vacib sayıb.

Baş nazir bu məqsədlə xüsusi icazə istəyib.

Məlumata görə, o, istintaqa rəsmi dəvəti də təqdim edib: “Hələlik Baş nazirə cavab verilməyib”.

Xatırladaq ki, Beqona Qomez "nüfuzundan istifadə etməkdə, iş dünyasında korrupsiya, mənimsəmə və vəzifə səlahiyyətlərindən sui-istifadə etmədə" ittiham olunur.

E.ARAZ

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR