Maariflən, dəstək al, inteqrasiya ol” layihəsi: İnsan alveri risklərinə qarşı kompleks dəstək tədbirləri həyata keçirilir

Maariflən, dəstək al, inteqrasiya ol” layihəsi: İnsan alveri risklərinə qarşı kompleks dəstək tədbirləri həyata keçirilir

CƏMİYYƏT

Bugün, 12:33

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi və “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin təşkilatçılığı ilə “Maariflən, dəstək al, inteqrasiya ol” layihəsinin icrası davam etdirilir. 

Mia.az xəbər verir ki, layihə insan alveri qurbanları, potensial insan alveri qurbanları və istismar riski ilə üzləşən həssas şəxslər üçün nəzərdə tutulub. Layihənin əsas məqsədi iştirakçıların təhlükəsizliyinin təmin edilməsi, onların təkrar istismardan qorunması, hüquqi, psixoloji və sosial dəstək xidmətlərinə çıxışının genişləndirilməsi, peşə bacarıqlarının inkişaf etdirilməsi və cəmiyyətə reinteqrasiyasına kömək göstərilməsidir.

Dörd ay ərzində ümumilikdə 25 nəfərin – 10 qadın və yetkinlik yaşına çatmış 15 gəncin mərhələli reabilitasiyası, sosial inteqrasiyası və gələcək müstəqil həyata hazırlanması nəzərdə tutulur.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR