TƏBİB-in yeni "media patron"u "seçilmiş jurnalistlər"lə görüşü niyə gizlətmək istəyib? - Zara İbrahimovanın izahı və jurnalistlərin rəyi... (FOTOLAR)

TƏBİB-in yeni \"media patron\"u \"seçilmiş jurnalistlər\"lə görüşü niyə gizlətmək istəyib? - Zara İbrahimovanın izahı və jurnalistlərin rəyi... (FOTOLAR)

PRESS

25.06.2026, 22:05

TƏBİB-in yeni rəhbərliyinin bir qrup media nümayəndəsi ilə bu gün keçirdiyi qeyri-rəsmi gizli görüş jurnalistlər arasında müzakirəyə səbəb olub.

Mia.az xəbər verir ki, jurnalist Həbibə Abdulla Feysbuk-dakı hesabında yazıb.

O,  TƏBİB-ə çağırılan jurnalistlərə əvvəldən  bunun gizli saxlanılması barədə xahiş olunduğunu iddia edib: 

"TƏBİB yeni heyəti "seçilmiş media nümayəndələri" ilə qeyri-rəsmi görüş keçirib. Görüş üzvlərinə də mesaj yazıblar ki, görüşdə yalnız seçilmiş media nümayəndələri iştirak edəcək, ona görə "məlumatı digər həmkarlarınızla bölüşməməyinizi xahiş edirik". 

Sizə kim ixtiyar verib ki, medianı seçirsiz, jurnalistlər arasında ayrı-seçkilik edirsiz? Sizin işiniz budurmu, "seçilmişlər"lə görüşüb, aparılacaq islahatları onların diqqətinə çatdırmaqdırmı?

Yaxşı, hər şeyi qoyduq kənara, hansı meyarlarla seçirsiz sizin ali hüzurunuza gələcək jurnalistləri? Beləmi islahat aparacaqsız səhiyyədə də?".

Jurnalist daha sonra paylaşıma düzəliş edərək, yazıb ki, TƏBİB-in mətbuat departamentinin rəhbəri Zara İbrahimova onunla əlaqə yaradıb:

"O, mənimlə əlaqə saxlayaraq, yanlış anlaşılma olduğunu bildirdi. Qeyd etdi ki, media nümayəndələri ilə görüşlər davamlı olaraq, növbəlilik prinsipi ilə keçiriləcək. Birinci görüşdə aktiv sorğusu olan media nümayəndələri iştirak edib, amma onların da sayı yer məhdudiyyətinə görə müəyyənləşib. Zara xanım yazılan mesajın da yer məhdudiyyətinə görə ünvanlandığını dedi".

Maraqlı budur ki, jurnalistin paylaşımına yazılan şərhlərdə maraqlı iddialar yer alıb.

Məsələn, jurnalist Xəqani Səfəroğlu belə görüşə etiraz edib: "TƏBİB jurnalistlərlə nə üçün görüşməlidir? Bu qanunla qadağandır".

Zülfiyyə Quliyeva isə paylaşıma belə şərh verib: "Bir müddət əvvəl qurumlardan birinin də media ilə əlaqəyə məsul şəxsi "Port Baku"da seçilmiş media kapitanları ilə gizli görüş keçirmişdi. Sonra eşitdik ki, hərəsi ilə ayrı-ayrılıqda aylıq qiymət danışıb".

Əhməd

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR