Prezident fərman imzaladı - "İntellektual gömrük" informasiya sistemi yaradılır
İQTİSADİYYAT
Bugün, 15:46
Prezident İlham Əliyev "İntellektual gömrük" informasiya sisteminin (İGİS) yaradılması və bununla əlaqədar bir sıra məsələlərin tənzimlənməsi haqqında fərman imzalayıb.
Mia.az xəbər verir ki, fərmanla həmçinin "İntellektual gömrük" informasiya sistemi haqqında Əsasnamə təsdiq edilib.
İGİS-in sahibi və operatoru funksiyalarını Dövlət Gömrük Komitəsi həyata keçirir. Komitə İGİS-in formalaşdırılması, aparılması, fəaliyyətinin təşkili və inkişaf etdirilməsi üçün zəruri tədbirlər görməli, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə birlikdə, ölkə Prezidentinin 3 iyun 2019-cu il tarixli fərmanı ilə təsdiq edilmiş "Hökumət buludu" (G-cloud) Konsepsiyası"na uyğun olaraq, İGİS-in "Hökumət buludu"nda yerləşdirilməsini, aparılmasını və təkmilləşdirilməsini təmin etməlidir.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN) Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti ilə birlikdə "Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları"nın təsdiq edilməsi və elektron hökumətlə bağlı bəzi tədbirlər haqqında" ölkə Prezidentinin 12 sentyabr 2018-ci il tarixli fərmanının tələblərindən irəli gələn tədbirlərin həyata keçirilməsini təmin etməli, Əsasnamamədə qeyd olunan məlumatların ilkin mənbəyini formalaşdıran dövlət orqanları (qurumları) ilə birlikdə həmin məlumatların altı ay müddətində Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə olunmasını təmin etmək məqsədilə zəruri tədbirlər görməlidir.
Nazirlər Kabineti fərmandan irəli gələn məsələləri həll etməlidir.
Əsasnamə İGİS-in fəaliyyətinin hüquqi, təşkilati və texnoloji əsaslarını müəyyən edir.
İGİS rəqəmsal texnologiyalardan, o cümlədən informasiya-kommunikasiya texnologiyalarından istifadə yolu ilə Komitənin fəaliyyətinin, malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi proseslərinin, gömrük nəzarətinin və gömrük rəsmiləşdirilməsinin, xarici ticarət iştirakçıları ilə, digər fiziki və hüquqi şəxslərlə əlaqələrin operativliyini, səmərəliliyini, şəffaflığını, habelə göstərilən xidmətlərin, İGİS-də saxlanılan məlumatların sistemliliyini və əlçatanlığını təmin edir.
İGİS-in formalaşdırılmasının məqsədi gömrük işi sahəsində dövlət idarəetməsinin optimallaşdırılmasından, gömrük nəzarəti və gömrük rəsmiləşdirilməsi proseslərinin təkmilləşdirilməsindən, habelə müvafiq sahə üzrə təhlillər aparılmaqla proqnozların və hesabatların hazırlanmasından, göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsindən ibarətdir.
İGİS-də yaradılan, əldə edilən, toplanılan informasiya və elektron sənədlər dövlət mülkiyyətidir.
Fərdi məlumatların İGİS-də toplanılması və işlənilməsinin məqsədi bu Əsasnamədə qeyd olunanları təmin etməkdir. Fərdi məlumatların İGİS-də toplanılması, işlənilməsi və mühafizəsi "Fərdi məlumatlar haqqında" qanuna və digər normativ hüquqi aktlara uyğun olaraq həyata keçirilir.
İGİS-in fəaliyyətinin təşkili, idarə olunması və təkmilləşdirilməsi ilə bağlı xərclər dövlət büdcəsi və qanunla qadağan olunmayan digər mənbələr hesabına maliyyələşdirilir.
İGİS ölkə Prezidentinin 12 sentyabr 2018-ci il tarixli fərmanı ilə təsdiq edilmiş "Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları"nda qeyd edilən prinsiplər əsasında formalaşdırılır və fəaliyyət göstərir.
Əsasnamə əldə edilməsi məhdudlaşdırılmış informasiyanı ehtiva edən informasiya ehtiyatlarına və sistemlərinə, habelə kritik informasiya infrastrukturu obyektlərinə həmin sahələri tənzimləyən normativ hüquqi aktlara uyğun olaraq tətbiq edilir.
Əsasnamədə istifadə olunan anlayışlar "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" qanunda, Qaydalarda, həmçinin digər normativ hüquqi aktlarda müəyyən edilmiş mənaları ifadə edir.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Azərbaycan hərbçiləri "Anadolu Qartalı - 2026" taktiki-uçuş təlimində - FOTOLAR
Bugün, 18:47 GÜNDƏM
-
Analitik Ekspertiza Mərkəzinə müdir təyinatı olub
Bugün, 18:01 CƏMİYYƏT
-
Sahibkarlıq subyektlərinə dəstək göstəriləcək - Baş nazirdən qərar
Bugün, 17:50 İQTİSADİYYAT
-
Türkiyədə zəlzələ olub
Bugün, 17:49 GÜNDƏM
-
İstanbulun “göbəyi”ndə rus blogerə sataşdılar - "Gəl, bu gecə qonağım ol"
Bugün, 17:38 PRESS
-
Sabah bu yollar yürüşlərə görə müvəqqəti bağlanacaq - SİYAHI
Bugün, 17:34 CƏMİYYƏT
-
Ədliyyə naziri deputata qalib gəldi – Təzminat ödəniləcək
Bugün, 17:27 DÜNYA
-
Hava şəraiti dəyişəcək - Xəbərdarlıq
Bugün, 17:16 GÜNDƏM
-
Elnur Məmmədov Avropa İttifaqının rəsmisi ilə görüşüb - AÇIQLAMA
Bugün, 17:09 SİYASƏT
-
“Nar”ın dəstəyi ilə inklüziv kulinariya master-klası keçirilib - FOTOLAR
Bugün, 17:04 MƏDƏNİYYƏT
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 4 günlük məzənnəni açıqladı
Bugün, 17:00 İQTİSADİYYAT
-
Doktorantura və dissertantura üzrə xarici dildən qəbul imtahanı keçirilib
Bugün, 16:54 GÜNDƏM
-
Makronun müşaviri Bakıda - Hikmət Hacıyevlə görüş oldu
Bugün, 16:49 SİYASƏT
-
Prezident daha bir fərman imzaladı - Dəyişiklik
Bugün, 16:38 GÜNDƏM
-
Beş nəfərə "general-mayor" ali hərbi rütbəsi verilib - Onlar kimlərdir? + FOTOLAR
Bugün, 16:20 GÜNDƏM
-
Prezident hərbi qulluqçuları təltif etdi - SİYAHI
Bugün, 16:10 GÜNDƏM
-
BU QURUMLARIN TƏŞKİLATI-HÜQUQİ FORMALARI DƏYİŞİR - Fərman + SİYAHI
Bugün, 15:49 GÜNDƏM
-
Prezident fərman imzaladı - "İntellektual gömrük" informasiya sistemi yaradılır
Bugün, 15:46 İQTİSADİYYAT
-
"Beşiktaş”dan “Fənərbağça”ya sürpriz həmlə: xorvat qappçını istəyirlər
Bugün, 15:25 İDMAN
-
Prezident İlham Əliyev Fərman imzalayıb
Bugün, 15:23 GÜNDƏM
-
Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyinin Nizamnaməsi təsdiqləndi - FƏRMAN
Bugün, 15:20 GÜNDƏM
-
Prezident bu səfiri geri çağırdı - Sərəncam + FOTO
Bugün, 15:10 GÜNDƏM
-
Azercell Silahlı Qüvvələr Günü münasibətilə “Əsgərcell” təklifini istifadəyə verir
Bugün, 15:09 CƏMİYYƏT
-
DEPUTATLAR BU TARİXDƏ TOPLANIR: hansı qanunlar dəyişir? - SİYAHI
Bugün, 15:00 GÜNDƏM
-
Citynet yeniləndi - hər kəs üçün daha da rahat olacaq
Bugün, 14:52 PRESS
-
Bank və BOKT-ların onlayn kreditləri: yeni tələblər qoyuldu - QƏRAR VERİLDİ
Bugün, 14:52 İQTİSADİYYAT
-
Türkiyə siyasətində ən reytinqli siyasətçi: o, kimdir? – SORĞU
Bugün, 14:28 SİYASƏT
-
39 saniyə içində baş verən böyük zəlzələlər... - Venesuelada binalar uçdu, uçuşlar dayandırıldı (FOTOLAR, YENİLƏNİB)
Bugün, 14:24 GÜNDƏM
-
Prezident İlham Əliyev hərbçilərlə bağlı qanuna dəyişiklik etdi
Bugün, 14:16 GÜNDƏM
-
Prezident İlham Əliyev "Maliyyə icarəsi haqqında" qanunu təsdiqləyib - DETALLAR
Bugün, 14:13 İQTİSADİYYAT
-
Tramp: "NATO-ya deyil, Ərdoğana hörmətimə görə sammitə qatılacam"
Bugün, 14:09 GÜNDƏM
-
Ceyhun Bayramov Polşa XİN başçısı ilə müzakirə apardı (Yenilənib)
Bugün, 14:01 SİYASƏT
-
Rəsmi Bakı Venesuelaya başsağlığı verib
Bugün, 13:39 GÜNDƏM
-
Fransada “Ebola” qorxusu – 5 nəfər karantinə alındı
Bugün, 13:09 DÜNYA