Kreml sözçüsündən Ukrayna və Ərdoğanla bağlı açıqlama: "Bu, Putinin ardıcıl mövqeyidir”

Kreml sözçüsündən Ukrayna və Ərdoğanla bağlı açıqlama: \"Bu, Putinin ardıcıl mövqeyidir”  

GÜNDƏM

Bugün, 15:12

“Rusiya Ukrayna böhranının həllinə İstanbulda əldə edilən razılaşmalara əsaslanan yanaşmanın davam etdirilməsini istəyir. Danışıqlar bərpa olunarsa, istifadə ediləcək platform budur. Digər  platformalar hələlik bəlli deyil”.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bunu Kreml sözçüsü Dmitri Peskov Moskvada jurnalistlərə açıqlamasında deyib.

Kremlin sözçüsü bildirib ki, ötən müddətdə Rusiyanın mövqeyi dəyişməyiB: "Bu, Putinin ardıcıl mövqeyidir. O, bunu daim təkrarlayır. İki il əvvəl Rusiya Xarici İşlər Nazirliyindəki çıxışında müharibənin bitməsi üçün zəruri hesab etdiyimiz əsas parametrləri də izah etmişdi. Bu gün də İstanbulun potensial danışıqlara ev sahibliyi etmə ehtimalı var”.

Dmitri Peskov Prezident Rəcəb Tayyib Ərdoğanın Rusiya ilə Avropa ölkələri arasında potensial danışıqlarda vasitəçilik etməsi ehtimalı ilə bağlı sualı isə belə cavablandırıb: “Əvvəlcə Avropa tərəfində dialoq aparmaq istəyinin olduğundan əmin olmalıyıq. Hələlik bəzi açıqlamalar eşidirik. Bu, müsbət siqnaldır...."

E.ARAZ

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR