İstefa verən deputat bu partiyaya keçdi - FOTO

İstefa verən deputat bu partiyaya keçdi  - FOTO

SİYASƏT

Bugün, 13:35

Bir həftə əvvəl Türkiyənin ana müxalifət partiyası CHP-dən istefa verən İstanbuldan deputat Nimet Özdemirin siyasi ünvanı bəlli olub.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, Prezident Ərdoğanın lideri olduğu AK Partiyasına qatılıb.

Məlumata görə, xanım  deputat bu gündən parlamentdə iqtidar partiyasının fraksiyasının deputatlarının oturduğu sırada öz yerini alıb.

Xəbərdə deyilir ki, Prezident Ərdoğanın ona partiya nişanını təqdim edəcəyi gözlənilir.

Xatırladaq ki, 2024-cü ildə İYİ Partiyasından, 17 iyun 2026-cı ildə isə CHP-dən istefa verən İstanbul millət vəkili Nimet Özdemir 1970-ci ildə Kayserinin Develi rayonunda anadan olub.

C.Musaoğlu

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR