ABŞ İran yığması ilə bağlı qərarını dəyişdi  

ABŞ İran yığması ilə bağlı qərarını dəyişdi  

İDMAN

24.06.2026, 00:13

ABŞ Daxili Təhlükəsizlik Departamenti Dünya Çempionatında iştirak edən  İran milli futbol komandası ilə bağlı qərarına dəyişiklik edib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, qərara əsasən, İran yığmasının futbolçu və məşqçilər heyətinə Misirlə növbəti matçı üçün ölkəyə daha tez səfər etmələrinə qoyulmuş məhdudiyyət götürülüb.

Bununla da İran yığmasına ABŞ-a daha tez gəlməyə icazə verilib.

Xatırladaq ki, İran millisi 26 iyunda Sietldə son qrup mərhələsi matçında Misirlə yarışacaq. Əgər qalib gələrsə, növbəti mərhələyə adlayacaq.

Onu da qeyd edək ki, ABŞ bundan əvvəlki matçlarda İran yığmasına oyun günü ABŞ-a daxil olmalarına, matçdan dərhal sonra isə yenə Meksikanın Tixuana şəhərindəki düşərgəyə qayıtmalarına şərait yaradırdı.

Bildirək ki, İran bu qadağaya görə FİFA-ya şikayət etmişdi.

Fərid ASLAN

Mia.az

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR