İŞİD dünya gözəllərini qaçmağa məcbur etdi

img

06-10-2014 [14:01]


İŞİD terror qruplaşması dünya gözəli üzrə müsabiqənin iştirakçılarının İordaniyadan qaçmağına səbəb olub.

ANS PRESS-in məlumatına görə, İordaniyada sentyabrın 25-də keçirilməsi planlaşdırılan "Miss İntercontinental 2014" müsabiqəsi İŞİD terror qruplaşmasının qorxusu səbəbindən Almaniyada keçiriləcək.

İŞİD terror aktı törödən deyə "Miss İntercontinental 2014" yarışı İordaniyada keçirilməyəcək. Bunun yerinə müsabiqə dekabr ayında Almaniyanın Maqdeburq şəhərində keçiriləcək.

Qeyd edək ki, 2002-ci ildə "Miss World" müsabiqəsi radikal islamçıların hücumuna məruz qalar deyə Nigeriyada keçirilməmişdi və Londonda baş tutmuşdu.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA