"Bəzi dairələr Dilicanı gündəmə gətirir, lakin..." - Zahid Oruc
SİYASƏT
Bugün, 13:29
"Altı illik fasilədən sonra, Müstəqillik Günü ərəfəsində Bakı–Tbilisi–Bakı sərnişin qatarının gündəlik əsasda fəaliyyətini bərpa etməsi regional təhlükəsizlikdən iqtisadi inteqrasiyaya, sərhədlərin qorunmasından kommunikasiyaların açılmasına keçidin mühüm siyasi siqnalıdır. 2020-ci ildən başlayaraq, əvvəl pandemiya, daha sonra bölgədə yaranan hərbi və təhlükəsizlik təhdidləri dövlətimizi sərhədlərdə müxtəlif məhdudiyyətlərə məcbur etdi".
Mia.az musavat.com-a istinadla xəbər verir ki, İnsan hüquqları komitəsinin sədri Zahid Oruc bunu Milli Məclisin plenar iclasında deyib.
Deputat bildirib ki, verilən qərarın xarici ticarətə, ailə əlaqələrinə, turizmə və müntəzəm hava nəqliyyatından istifadə edə bilməyən vətəndaşlara müəyyən sosial və humanitar çətinliklər yaratdığını da etiraf etməliyik:
“Lakin inkar edilməz faktdır ki, Vətən müharibəsi zamanı sərhədlərimizin təhlükəsizliyi Qələbənin görünməyən müdafiə xəttinə çevrildi. İşğaldan azad edilən 500 kilometrdən artıq dövlət sərhədinə nəzarətin bərpası Xankəndidə suverenliyin tam təmin olunmasına aparan yolun mühüm mərhələsi oldu. Azərbaycan arxa cəbhədən xarici müdaxilə, qeyri-qanuni silah, texnika və canlı qüvvə daşınması imkanlarını minimuma endirdi.
Bağlı sərhəd həmin dövrdə təhlükəsizliyin zərurəti idisə, indi açılan sərnişin qatarı sülhün relslər üzərində hərəkətidir. Unutmamalıyıq ki, qərar Rusiya–Ukrayna müharibəsinin və Yaxın Şərqdə hərbi gərginliyin hələ də səngimədiyi bir vaxtda qəbul olunur. Açılım yalnız Gürcüstan istiqaməti ilə məhdudlaşmır, daha geniş regional inteqrasiyanın mühüm həlqəsidir”.
Komitə sədri Ankara-İrəvan münadibətlərindən də bəhs edib:
“Türkiyənin Ermənistan üzrə xüsusi nümayəndəsi Sərdar Kılıç Alican–Marqara sərhəd məntəqəsindən keçərək İrəvana getdi, Cevdet Yılmaz Paşinyanla Ani körpüsünün birgə bərpasına dair razılaşma sənədi imzaladı. Lakin qardaş ölkənin sərhədlərin açılması və diplomatik münasibətlərin qurulması məsələsində Azərbaycan–Ermənistan sülh müqaviləsi imzalanandan sonra qərar verəcəyinə heç bir şübhə ola bilməz.
Bəzi dairələr Dilicanı gündəmə gətirir, İğdır və Qars regionlarının biznes çevrələrinin maraqlarını qabardırlar. Lakin iki dövlətin siyasi mövqeyini lokal maraq qrupları deyil, sayı 100 milyona yaxınlaşan xalqlarımızın birgə iradəsi və Prezidentlər İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğanın strateji liderliyi müəyyən edir”.
Zahid Oruc bildirib ki, yaxın illərdə, bəlkə də daha tez Bakıdan qatarla Zəngəzur üzərindən Naxçıvana, oradan isə Türkiyəyə getmək mümkün olacaq:
“Ermənistanla ixrac və tranzit imkanlarının genişlənməsi həmin ölkənin ənənəvi iqtisadi asılılıq coğrafiyasını dəyişdirəcək, sülhdən fayda götürən qüvvələrin sayını artıracaq. Zəngəzur istiqamətində və İranla tarixi dəmir yolu əlaqələrinin bərpası perspektivi göstərir ki, Cənubi Qafqaz heç vaxt indiki qədər davamlı sülhə, iqtisadi bağlılığa və kommunikasiya bütövlüyünə yaxın olmayıb. Əsrlər boyu müharibələr, işğallar və blokadalarla parçalanan region yenidən birləşmək imkanı qazanır.
İnanırıq ki, sərnişin qatarlarının keçdiyi yollar sabah avtomobillərin, insanların, ticarətin və qarşılıqlı etimadın sərhədlərdən sərbəst keçəcəyi günü yaxınlaşdırır. Qələbənin ən böyük mükafatı yeni müharibələr yox, təhlükəsizlik, əməkdaşlıq və əbədi sülhdür”.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Ankara Universitetinin qadın müəllimi saxlanıldı
Bugün, 15:21 GÜNDƏM
-
Bakcell UFC Baku tədbirinin əsas tərəfdaşıdır
Bugün, 15:15 İDMAN
-
İlham Əliyev Türkmənistan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTOLAR
Bugün, 15:05 GÜNDƏM
-
Nihat Kahveci canlı yayımda qəzəbləndi: “Allah bəlanızı versin”
Bugün, 15:01 İDMAN
-
Avropadakı bu görüntü böyük şok yaratdı – FOTO
Bugün, 14:48 MƏDƏNİYYƏT
-
Türkmənistan Prezidenti İlham Əliyevlə birgə Füzuli və Şuşada - VİDEO, FOTOLAR (Yenilənib)
Bugün, 14:46 GÜNDƏM
-
İran XİN: “Dondurulmuş aktivlərimizə məhdudiyyət yoxdur, ola bilməz”
Bugün, 14:41 İQTİSADİYYAT
-
Aktrisa Məlahət Abbasova: "Orada təcavüz səhnəsinə vardı, nişanlı idim deyə ailəm..."
Bugün, 14:28 MƏDƏNİYYƏT
-
İlham Rəhimovun pay sahibi olduğu şirkətlər: qazanc və zərərləri... - CƏDVƏL
Bugün, 14:19 İQTİSADİYYAT
-
"Turan Tovuz" Ayxan Hüseynovla yollarını ayırıb
Bugün, 14:07 İDMAN
-
Saatlıda Dövlət Proqramı ilə bağlı regional müşavirə: nələr müzakirə olunub? - FOTOLAR
Bugün, 13:43 GÜNDƏM
-
Vüsal Nəsirli iki şöbə, bir departamentə müdir təyin etdi - Agentlikdə növbəti dəyişiklik
Bugün, 13:38 GÜNDƏM
-
İmişlidə ticarət obyektində yanğın olub
Bugün, 13:34 GÜNDƏM
-
"Bəzi dairələr Dilicanı gündəmə gətirir, lakin..." - Zahid Oruc
Bugün, 13:29 SİYASƏT
-
Dövlət Xidmətinin rəisi özünə daha bir müavin götürüb
Bugün, 13:19 CƏMİYYƏT
-
CHP itirir, Ərdoğan və Özgür Özəl qazanır – Türkiyədə daha bir reytinq sorğusu
Bugün, 13:06 SİYASƏT
-
Xidmət rəhbəri müşavirdə: "Mil-Muğan regionunda on minlərlə hektar sahə..." (YENİLƏNİB)
Bugün, 12:59 İQTİSADİYYAT
-
Türkiyədə yanacaq oğrularına qarşı əməliyyat: 9 şirkətə “əl qoyuldu, həbslər var
Bugün, 12:45 KRİMİNAL
-
Sabah yağış yağacaq
Bugün, 12:33 CƏMİYYƏT
-
Keçmiş İsrail Baş naziri: “Əsgərlərimizə Livanda atəş açmaq qadağan olunub”
Bugün, 12:29 DÜNYA
-
İstanbuldakı Azərbaycan məktəbində şiddət qalmaqalı - VİDEO
Bugün, 12:24 CƏMİYYƏT
-
Prezidentin köməkçisi: "İcra hakimiyyətləri qarşısında yeni vəzifələr müəyyən edilib"
Bugün, 12:01 SİYASƏT
-
Hikmət Hacıyev: "...bu, strateji tərəfdaşlığımızın ortaq iradəsini əks etdirir"
Bugün, 11:57 SİYASƏT
-
Space TV-də müşavir təyinatı oldu
Bugün, 11:57 PRESS
-
Arif Hacılının ölkədən çıxışına "stop" qoyulub: "Səbəb izah edilmədi..."
Bugün, 11:48 SİYASƏT
-
"Qaz təchizatı sisteminə dair Qaydalar" təsdiqləndi - Dəyişiklik
Bugün, 11:41 İQTİSADİYYAT
-
Prezidentin köməkçisi Saatlıda müşavirədə: "Bu islahatlar Prezident İlham Əliyevin birbaşa rəhbərliyi və şəxsi nəzarəti ilə aparılıb"
Bugün, 11:41 GÜNDƏM
-
Bu şəxslər vurulmuş ziyanı tam ödədikdə, məsuliyyətdən azad olunacaqlar - Cinayət Məcəlləsi dəyişir
Bugün, 11:15 İQTİSADİYYAT
-
"İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" Qanun dəyişir - Qadağalar olacaq
Bugün, 11:11 PRESS
-
Qumar oyunlarının keçirilməsinə görə cəzalar sərtləşdirilir - DETALLAR
Bugün, 11:04 İQTİSADİYYAT
-
Daşınmaz əmlakın kadastr uçotu yeni sistemlə aparılacaq
Bugün, 11:02 CƏMİYYƏT
-
Əkin sahələrinin könüllü birləşdirilməsi, alqı-satqısı: yeni qanun hazırlanıb - Nələr olacaq?
Bugün, 10:59 İQTİSADİYYAT
-
İnzibati Xətalar Məcəlləsi yenə dəyişir - Daha bir sahədə cərimə olacaq
Bugün, 10:55 GÜNDƏM
-
Peşə tanınması imtahanının nəticələri açıqlanıb
Bugün, 10:54 GÜNDƏM