TFF sədri yola salınır – Yeni namizədin adı açıqlandı

TFF sədri yola salınır – Yeni namizədin adı açıqlandı  

İDMAN

Bugün, 16:42

Türkiyə yığmasının DÇ-21026-dakı uğursuz çıxışı Türkiyə Futbol Federasiyasının prezidenti İbrahim Hacıosmanoğlunun taxtını laxladıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, yığmanın DÇ-2026-dan erkən vidalaşması və TFF prezidentinin bu aralardakı “kabadayı” kimi çıxışları səbr kasasını daşırıb.

Məlumata görə, o, ölkəyə dönən kimi TFF-də yeni president seçkisini gündəmə gətiriləcək: “Artıq TFF prezidenti İbrahim Hacıosmanoğlunun yerinə namizəd də müəyyənləşib. Onun yerinə Türkiyə futbolunun təcrübəli mütəxəssislərindən sayılan Mustafa Əröğütün adı önə çıxmağa başlayıb”.

Xatırladaq ki, Mustafa Əröğüt uzun illər Türkiyə futbolunda xidmət etmiş idman adamı və biznesmendir. O, “Başakşehir”də pezident də olub. Həmçinin, FIFA və UEFA-da vəzifə alıb.

Fərid

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR