ETN-də BİR-BİRİNİ TƏKRARLAYAN QURUMLAR: birləşdiriləcək, yoxsa…? 

ETN-də BİR-BİRİNİ TƏKRARLAYAN QURUMLAR: birləşdiriləcək, yoxsa…? 

GÜNDƏM

Bugün, 14:01

Prezident İlham Əliyevin bir neçə gün əvvəl Azərbaycanda məktəb təhsili sahəsində valideyn-dövlət-özəl tərəfdaşlığına əsaslanan maliyyələşdirmə modelinin tətbiqi ilə bağlı fərmanı gözləri “Məktəblər publik hüquqişəxslərə çevriməlidir”, deyən Emin Əmrullayevin rəhbəri olduğu Elm və Təhsil Nazirliyinə yenidən yönəldib.

Mia.az-ın məlumatına görə, ötən ilin dekabr ayına qədər başı üzərindən qara buludlar dolaşan Elm və təhsil naziri (ETN) Emin Əmrullayevin rəhbəri olduğu nazirlik böyük struktur islahatına hamilədir.

Məlumata görə, bir çox dövlət qurumlarında artıq israf və əlavə xərclərin qarşısını almaq üçün bir-birini təkrarlayan, yaxud bir-birlərinə yaxın sahələrin ləğvi, yaxud birləşdirilməsi prosesi artıq ETN-ə çatıb.

Məlumatda deyilir ki, büdcənin ən böyük yükünə sahib olan ETN-də bir-birlərini təkrarlayan, hətta yalnız bir sözlə ayıran xeyli oxşar adlı qurumlar var. Ki, burada şişirdilmiş və ya artıq işçi ştatları hazırda büdcə qoruyucu funksiyasını bütün gücüylə təmin etməyə çalışan Maliyyə naziri Sahil Babayevin də diqqət mərkəzindədir:

 “Maliyyə vəsaitlərinə qənaət fonunda Maliyyə Nazirliyi bir çox dövlət qurumlarını “boğub”. İndisə o, hökumətin  qarşısında ETN-də də “struktur daralması” tələbini qaldırmağa hazırlaşır. Böyük ehtimalla bunun nəticəsini çox yaxın müddətdə görəcəyik…”.

Məlumat üçün qeyd edək ki, ETN-nin tərkibində Uşaqların Müdafiəsi İdarəsi, Təhsil İnstitutu, Təhsildə Keyfiyyət Təminatı Agentliyi, Peşə Təhsili üzrə Dövlət Agentliyi, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi, Təhsil Sisteminin İnformasiyalaşdırması İdarəsi, Təhsilin İnkişafı Fondu, Təhsil Tələbə Krediti Fondu, Peşə Təhsilinin İnkişafı Fondu və sair başqa bir-birinə çox yaxın qurumlar var: “Məsələn, işi yalnız diplom tanınması olan Təhsildə Keyfiyyət Təminatı Agentliyini vaxtilə nazirlikdə 5-10 nəfərlik bir şöbə əvəzləyirdi. Yaxud Təhsilin İnkişafı Fondu ilə Peşə Təhsilinin İnkişafı Fondunun fərqi bir “peşə” sözü deyilmi?! Bu qurumları ayırmanın mənası vardı axı?

Yaxud AMEA-nın İqtisadiyyat İnstitutu ilə UNEC-in İqtisadi Araşdırmalar Elmi-Tədqiqat İnstitutu kimi büdcəyə əlavə yük kimə lazımdır? Bunları bir birləşdirmək olmazmı?”.

Sonda məlumatlı şəxs deyir ki, ETN və onun tableliyindəki qurumlarla bağlı proses yaxın vaxtlarda başlayacaq: “Hə, yeri gəlmişkən, görün ETN-nin tərkibində bir-birlərini təkrarlayan və ya yaxln olan sahələrdə nə qədər direktor, müavin, şöbə, sektor müdirləri və sairlər var? Araşdırın, çoxunun da bu sahədən xəbəri yoxdur. Görün orada işləyənlərin böyük əksəriyyəti kmlərdir? Kimin ailə üzvləri, kimin qohum-əqrabasıdır?!”.

F.ƏHMƏD

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR