Azərbaycan və Türkmənistan prezidentləri mərasimdə - FOTOLAR

Azərbaycan və Türkmənistan prezidentləri mərasimdə - FOTOLAR

GÜNDƏM

Bugün, 11:15

Azərbaycan Prezidenti İlham Əliyevin iyunun 22-də Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov ilə təkbətək görüşü olub.

Mia.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

***

Azərbaycan Prezidenti İlham Əliyevin və Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun iştirakı ilə iyunun 22-də "Dostlug" neftdaşıyan tankerinin onlayn formatda hədiyyə olunması mərasimi keçirilib.

Mia.az xəbər verir ki, Azərbaycan tərəfindən Türkmənistana hədiyyə edilən "Dostlug" neftdaşıyan tankeri Bakı gəmiqayırma zavodunda inşa olunub.

Tankerin ümumi uzunluğu 141 metr, eni 16,9 metr, suya oturumu isə 4,54 metrdir. Dedveyti 7875 ton olan tankerin Azərbaycanda inşası gəmiqayırma sənayemizin inkişafını nümayiş etdirməklə yanaşı, Azərbaycan-Türkmənistan dostluq əlaqələrinin inkişafına da töhfədir. Bu, eyni zamanda, Bakı gəmiqayırma zavodunda irihəcmli və texnoloji baxımdan mürəkkəb gəmiqayırma layihələrinin həyata keçirilməsinin mümkün olduğunu bir daha göstərir.

Bu zavodda indiyədək 14 gəminin inşası və 170-dən çox gəminin təmiri layihələri uğurla icra olunub. Hazırda zavodun sifariş portfelinə daxil olan 17 gəmidən 11-nin inşası davam edir, 6 gəmi isə layihələndirmə mərhələsindədir.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR