Təhsil Tələbə Krediti Fondunun tenderi ləğv olundu

Təhsil Tələbə Krediti Fondunun tenderi ləğv olundu

İQTİSADİYYAT

Bugün, 09:15

Təhsil Tələbə Krediti Fondunun audit xidmətlərinin cəlb edilməsi məqsədilə keçirdiyi satınalma müsabiqəsi baş tutmayıb.

Mia.az "32gun.az"a istinadla xəbər verir ki, ehtimal olunan qiyməti 47,986.67 AZN təşkil edən tender rəsmən ləğv edilib.

Satınalmanın ləğv edilməsinə səbəb kimi qanunvericiliyin tələblərinə uyğun olaraq müsabiqədə iştirak edən şirkətlərin sayının yetərsiz olması göstərilib. Rəsmi açıqlamada bildirilir ki, satınalmada iştirak etmək üçün təklif və təklifin təminatını, həmçinin tələb olunan müvafiq lisenziyanı təqdim edən təchizatçıların sayı üçdən az olduğu üçün qanunun 36.1.1-ci maddəsinə əsasən tenderin nəticələri ləğv olunub.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR