Veysəloğlu Şirkətlər Qrupunda Milli Qida Texnologiyaları Platformasının nümayəndələri ilə görüş keçirilib
İQTİSADİYYAT
Bugün, 15:56
Veysəloğlu Şirkətlər Qrupunun Məmmədli Logistika Mərkəzində Milli Qida Texnologiyaları Platformasının nümayəndə heyəti ilə işgüzar görüş keçirilib.
Mia.az xəbər verir ki, görüşdə Veysəloğlu Şirkətlər Qrupunun rəhbərliyi, Türkiyə–Azərbaycan Universitetinin (TAU) nümayəndələri, Türkiyənin Hacettepe Universitetinin müəllim-professor heyəti, qida təhlükəsizliyi və keyfiyyət sahəsində fəaliyyət göstərən mütəxəssislər, eləcə də Milli Qida Texnologiyaları Platformasının üzvləri iştirak ediblər. Tədbirin açılışında Veysəloğlu Şirkətlər Qrupunun təsisçisi və baş direktoru Aydın Veysəloğlu çıxış edərək “Veysəloğlu”nun yaranma tarixi, keçdiyi inkişaf yolu və bu günə qədər əldə etdiyi uğurlar barədə ətraflı məlumat verib. O, həmçinin qida sənayesində innovasiyaların tətbiqinin, elm və biznes əməkdaşlığının genişləndirilməsinin, eləcə də müasir texnologiyaların istehsalat proseslərinə inteqrasiyasının əhəmiyyətindən bəhs edib. Daha sonra Türkiyə–Azərbaycan Universitetinin rektoru vəzifəsini müvəqqəti icra edən professor Vilayət Vəliyev universitet-sənaye əməkdaşlığının inkişaf etdirilməsi, qida texnologiyaları sahəsində elmi potensialın istehsalatla əlaqələndirilməsi və innovativ layihələrin dəstəklənməsi istiqamətində görülən işlər barədə məlumat verib. Tədbir çərçivəsində Veysəloğlu Şirkətlər Qrupunun Keyfiyyət İnfrastrukturu barədə çıxış edən qida təhlükəsizliyi, texniki tənzimləmə və keyfiyyət məsələləri üzrə Qrupun baş direktorunun müşaviri Şəhla Yusifzadə Milli Qida Texnologiyaları Platformasının əsas missiyasına uyğun olaraq dövlət, akademiya və sənaye arasında əməkdaşlığın gücləndirilməsinin vacibliyini vurğulayıb. O, gələcəyin qida mühəndislərinin müasir qida sənayesinin tələblərinə cavab verən kompetensiyalarla yetişdirilməsi üçün tədris proqramları və sillabusların əmək bazarının real ehtiyacları əsasında formalaşdırılmasının əhəmiyyətini qeyd edib. Çıxışdan sonra Veysəloğlu Şirkətlər Qrupunun tərkibində fəaliyyət göstərən Mərkəzi Sınaq Laboratoriyasının fəaliyyəti, müasir texniki imkanları və həyata keçirdiyi analiz proseslərini əks etdirən film nümayiş olunub. Ardınca Hacettepe Universitetinin professoru Vural Gökmən Milli Qida Texnologiyaları Platformasının fəaliyyəti, əsas məqsədləri, həyata keçirdiyi layihələr və gələcək əməkdaşlıq perspektivləri barədə təqdimatla çıxış edib. Görüş zamanı qida sənayesində innovativ yanaşmaların tətbiqi, elmi araşdırmaların istehsalata transferi, qida təhlükəsizliyi sahəsində beynəlxalq təcrübənin öyrənilməsi və sektorun inkişafına xidmət edən birgə təşəbbüslər ətrafında geniş fikir mübadiləsi aparılıb. Tədbirin davamında iştirakçılar üçün Məmmədli Logistika Mərkəzinə infotur təşkil olunub. Qonaqlar logistika mərkəzinin fəaliyyəti, tətbiq olunan texnoloji həllər, məhsulların saxlanılması və paylanması prosesləri ilə yaxından tanış olublar. Sonda qonaqlara Şirkətlər Qrupunun istehsalı olan hədiyyələri təqdim edilib və tədbir iştirakçılarının birgə fotosu çəkilib. Veysəloğlu Şirkətlər Qrupu bundan sonra da elm, təhsil və sənaye arasında əməkdaşlığın gücləndirilməsinə, qida təhlükəsizliyi və keyfiyyət mədəniyyətinin inkişafına yönəlmiş təşəbbüsləri dəstəkləməyə davam edəcək.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Cahangir Fərəcullayev yeni vəzifəyə təyin edildi
Bugün, 19:05 GÜNDƏM
-
İşçiləri Ehtiram Quliyevi azı 100 min ziyana saldı...
Bugün, 18:59 İDMAN
-
Aleksdən “Fənərbağça”nın yeni baş məşqçisi haqda – Açıqlama
Bugün, 18:41 İDMAN
-
“Fənərbağça”da gözlənilməz təyinat - Aykut Kocamanın adı hallandı, lakin…
Bugün, 18:09 İDMAN
-
Azərbaycan və Rumıniya rəsmiləri arasında "Yaşıl Enerji Dəhlizi"ni müzakirə olunub
Bugün, 18:04 İQTİSADİYYAT
-
İstanbulda vəzifəli şəxs evinin qarşısından qaçırıldı - FOTO
Bugün, 17:52 KRİMİNAL
-
Ceyhun Bayramov İsveç səfirini qəbul edib - Nələr müzakirə olunub?
Bugün, 17:52 SİYASƏT
-
CNN: "Netanyahu İran-ABŞ razılaşmasına əməl etməyəcək"
Bugün, 17:43 GÜNDƏM
-
Nazirlik daha 77 maşını hərraca çıxaracaq
Bugün, 17:29 İQTİSADİYYAT
-
Çempionlar Liqası: "Neftçi"nin qadın futbolçularının rəqibi bəlli olub
Bugün, 17:26 İDMAN
-
Pezeşkian: "Bu sənəd bir millətin səsini əks etdirir"
Bugün, 17:07 DÜNYA
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Bugün, 17:00 İQTİSADİYYAT
-
Məşhur CHP-çi haqda həbs qərarı verildi – Zorlama ittihamı ilə
Bugün, 16:59 SİYASƏT
-
Keçmiş icra başçısının daha bir əmlakı hərracda satıldı
Bugün, 16:46 İQTİSADİYYAT
-
Abşeron Xəstəxanasında niyə KT cihazı yoxdur? - Vəkil qızının ölümü ilə bağlı elə iddia səsləndirdi ki... (Rəsmi açıqlama)
Bugün, 16:39 CƏMİYYƏT
-
Günel Səfərova: "Məktəblərdə filtrdən keçirilmiş internetdən istifadə edildiyinə görə..."
Bugün, 16:20 CƏMİYYƏT
-
“Bravo” hipermarketinə silahlı basqın... - Məhkəmə qərar verdi
Bugün, 16:15 KRİMİNAL
-
Kolleclərə qəbul üçün qabiliyyət imtahanlarına qeydiyyat başlayıb
Bugün, 16:10 GÜNDƏM
-
Veysəloğlu Şirkətlər Qrupunda Milli Qida Texnologiyaları Platformasının nümayəndələri ilə görüş keçirilib
Bugün, 15:56 İQTİSADİYYAT
-
Azərbaycan və İslam İnkişaf Bankı Qrupu arasında sənədlər imzalanıb (Yenilənib)
Bugün, 15:17 GÜNDƏM
-
İlham Əliyev Bakıda İslam İnkişaf Bankının açılıış mərasimində - ÇIXIŞLAR + FOTOLAR
Bugün, 15:11 GÜNDƏM
-
DİN sözçüsü: "Sosial şəbəkələrdə saxta hesablar yaradılır, yalançı şəxsiyyətlər formalaşdırılır və..."
Bugün, 14:10 CƏMİYYƏT
-
Növbəti iki gün hava çox isti olacaq
Bugün, 13:54 GÜNDƏM
-
Ukrayna Moskvaya ağır zərbələr endirdi: binalar havaya uçuruldu, neft zavodları vuruldu, Putin isə… (FOTOLAR)
Bugün, 13:32 DÜNYA
-
Adil Şükürov yola salındı
Bugün, 13:25 İDMAN
-
Prezident Ərəb Koordinasiya Qrupuna üzv qurumların rəhbər şəxslərini qəbul edib - Müzakirə + FOTO
Bugün, 13:07 GÜNDƏM
-
İlham Əliyev İslam İnkişaf Bankı Qrupunun sədrini təltif edib - FOTOLAR
Bugün, 13:01 GÜNDƏM
-
Bakıda finlandiyalı rəssamların “Toxunmuş xatirələr” adlı sərgisi açılıb - FOTOLAR
Bugün, 12:49 MƏDƏNİYYƏT
-
Moskvada azərbaycanlı iş adamlarına məxsus bazar yanır - VİDEO
Bugün, 12:42 GÜNDƏM
-
Sabah hava necə olacaq? - Proqnoz
Bugün, 12:22 GÜNDƏM
-
Azərbaycanda doğum azalıb
Bugün, 12:16 CƏMİYYƏT
-
TƏBİB-in İcraçı direktoru özünə yeni müşavir götürüb - O, kimdir? (FOTO)
Bugün, 12:04 SİYASƏT
-
Özgür Özəl partiya yaradarsa... - Türkiyə siyasəti "alt-üst" ola bilər (SORĞU)
Bugün, 11:46 SİYASƏT
-
Bakıda qəza törədən tiktoker hakim qarşısına çıxarıldı
Bugün, 11:25 PRESS