"Psixiatriya yardımı haqqında" qanun dəyişir
CƏMİYYƏT
Bugün, 12:03
Elektron sağlamlıq kartı sistemi psixiatriya yardımı sahəsinə tətbiq ediləcək.
Mia.az xəbər verir ki, bununla bağlı "Psixiatriya yardımı haqqında" qanuna dəyişiklik Milli Məclisin Səhiyyə komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılıb.
Sənədə əsasən, psixi pozuntusu olan şəxsin sağlamlığının vəziyyəti və ona göstərilən psixiatriya yardımı tədbirləri haqqında məlumatlar konfidensial hesab edilir və elektron sağlamlıq kartı sistemində saxlanılacaq.
Həmçinin psixiatriya yardımı alan və ya əvvəllər psixiatriya yardımı almış şəxsə göstərilən yardım tədbirləri barədə məlumatlar şəxsin özü tərəfindən elektron sağlamlıq kartı sistemindən əldə edilə biləcək. Həmin şəxsin qanuni nümayəndəsinə qeyd olunan məlumatlar onun yazılı müraciətindən sonra 2 iş günü ərzində müəssisənin müdiriyyəti tərəfindən təqdim olunacaq.
Eyni zamanda müalicədən imtina edilməsi ilə bağlı məlumatlar da elektron sağlamlıq kartı sisteminə daxil ediləcək.
Bundan başqa, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə razılıqsız psixiatriya müayinəsi göstəriləcək.
Qanuna əlavə edilməsi nəzərdə tutulan yeni maddəyə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə psixiatriya yardımının gecikdirilməsi onun özünün, yaxud başqa şəxslərin həyat və sağlamlığına təhlükə yaradarsa, şəxsin özünün və ya qanuni nümayəndəsinin razılığı olmadan psixiatriya müayinəsinin aparılması ilə bağlı qərar inzibati xətaya dair iş üzrə icraatı aparan prokuror və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) səlahiyyətli vəzifəli şəxs tərəfindən qəbul ediləcək.
Qanuna əlavə edilməsi nəzərdə tutulan daha bir maddəyə əsasən, psixiatriya müayinəsinin yekununa (diaqnoza) dair dərhal müayinə üçün müraciət etmiş şəxsə, prokurora və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) məlumat veriləcək.
Daha bir dəyişikliklə psixi pozuntu vəziyyətində olan şəxsin məhkəmənin qərarına qədər qeyri-könüllü psixiatriya stasionarına yerləşdirilməsi haqqında həkim-psixiatrın qərarı barədə müvafiq psixiatriya müəssisəsinin rəhbəri dərhal həmin şəxsin yaxın qohumlarına və ya qanuni nümayəndələrinə, prokurora və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) səlahiyyətli vəzifəli şəxsinə məlumat verməlidir.
Bundan başqa, tibbi xarakterli məcburi tədbirlərə cəlb edilən şəxslərin stasionar müalicəsi digər pasiyentlərdən təcrid olunmaqla aparılacaq.
Həmçinin məcburi hospitallaşdırma (tibbi xarakterli məcburi tədbirlər) zamanı pasiyentin özü və ya digər şəxslər üçün bilavasitə təhlükə doğuran hərəkətlərinin qarşısının alınması məqsədilə psixiatriya müəssisəsində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən həddlərdə rejim qaydaları və təhlükəsizlik tədbirləri təmin ediləcək.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
“Qalatasaray” almaq istədi, Mourinyo əngəl oldu
Bugün, 13:59 İDMAN
-
Bakıda küçədə qadın kişini döydü - İkisi də saxlanıldı - VİDEO
Bugün, 13:49 KRİMİNAL
-
Mikayıl Cabbarovun sabiq müşaviri yenə müşavir oldu
Bugün, 13:49 GÜNDƏM
-
Özgür Özəl Kılıçdaroğlunu “dalan”a dirədi – Qurultay üçün hüquqi addım atıldı (YENİLƏNİB)
Bugün, 13:36 SİYASƏT
-
Kəmaləddin Heydərov onu Sahil Babayevin yoxlamasından qoruyur? - 20 illik fəaliyyəti araşdırılan xidmət rəisinə yeni vəzifə verildi
Bugün, 13:22 CƏMİYYƏT
-
Mehdi Hüseynzadə haqqında sənədli film çəkilib
Bugün, 13:08 MƏDƏNİYYƏT
-
Aqil Abbas: "Məni istəməyənlər yenə ara qarışdırmaq üçün belə bir şey paylaşıblar"
Bugün, 12:58 SİYASƏT
-
"İdrak" liseyinin güllələyən şagird... - Həbsdə qaldı
Bugün, 12:58 KRİMİNAL
-
MEDİA rəhbəri İsƏT Xəbər Agentlikləri Birliyinin baş direktoru ilə görüşüb
Bugün, 12:38 PRESS
-
İsrail ordusu Livanı yenə bombalayıb
Bugün, 12:29 DÜNYA
-
Sabah hava necə olacaq? - Proqnoz
Bugün, 12:23 CƏMİYYƏT
-
Türkiyə mətbuatı azərbaycanlı jurnalistdən yazdı - FOTO
Bugün, 12:16 PRESS
-
"Bəlkə də çağırsaydım, gəlməyəcəkdilər"
Bugün, 12:08 ŞOU-BİZNES
-
"Psixiatriya yardımı haqqında" qanun dəyişir
Bugün, 12:03 CƏMİYYƏT
-
Xəzər dənizində zəlzələ olub
Bugün, 11:51 GÜNDƏM
-
Türkiyədə vəkil bürosunun sədri və 12 vəkil qandallandı – Şok səbəblə…
Bugün, 11:30 KRİMİNAL
-
CHP-li bələdiyyə üzvləri saxlanıldı - Deputatın adı da hallanır
Bugün, 11:20 SİYASƏT
-
Uğurcan Çakır: "Qazanılacaq 6 xal var”
Bugün, 11:07 İDMAN
-
Ağdərədə qəza olub, 3 nəfər xəsarət alıb
Bugün, 11:02 KRİMİNAL
-
Avropa Liqası: "Qarabağ"ın rəqibi bilindi (Yenilənib)
Bugün, 10:56 İDMAN
-
ADSEA-da vəzifə mübarizəsi böyüyür
Bugün, 10:49 CƏMİYYƏT
-
Xəzərdən 100 kubmetr suya görə 0,4 manat, çay və göllərdən 4 manat, yeraltı sulardan 40 manat.. - Supulları ilə bağlı yeni qaydalar tətbiq olunacaq
Bugün, 10:36 CƏMİYYƏT
-
Pirəkəşküldə istifadəyə yararsız döyüş sursatları məhv ediləcək
Bugün, 10:18 CƏMİYYƏT
-
İlham Əliyev ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvünü qəbul edib- FOTOLAR
Bugün, 10:11 GÜNDƏM
-
Bərdədə polis əməliyyatı: qadın saxlanıldı
Bugün, 10:03 KRİMİNAL
-
DÇ-2026: İordaniya yığması uduzdu
Bugün, 09:56 İDMAN
-
Ağ Evdə şok olay: tədbirdə sui-qəsd planının qarşısı alındı
Bugün, 09:34 DÜNYA
-
Azərbaycan nefti: qiymət 82 dollara düşdü
Bugün, 09:31 İQTİSADİYYAT
-
Cəbrayıla daha 45 ailə köçürülüb
Bugün, 09:10 GÜNDƏM
-
Ekvadorun 10 əyalət və 3 şəhərində fövqəladə vəziyyət elan edildi – Evlərdə axtarış aparılacaq
Bugün, 08:48 DÜNYA
-
Duran “Zenit”dən ayrıldı – “Qalatasaray”a şans yarandı
Bugün, 08:24 İDMAN
-
Nazir: "Beş hektardan kiçik təsərrüfatın yaradılmasına icazə verilmir"
Bugün, 08:20 İQTİSADİYYAT
-
Tramp canlı yayımda prezidentlə məzələndi: “Bunun səsini eşidən varmı?” – Zaldakılar güldü, o, pərt oldu + VİDEO
Bugün, 08:19 GÜNDƏM
-
DÇ-2026: Messi atdı, Argentina qazandı
Bugün, 08:02 İDMAN