Tramp: "İranda rejim dəyişikliyinə inanmıram” – “Bibi indi daha məsuliyyətli davranmalıdır”  

Tramp: \"İranda rejim dəyişikliyinə inanmıram” – “Bibi indi daha məsuliyyətli davranmalıdır”  

SİYASƏT

Bugün, 14:58

"Biz böyük bir razılaşma əldə etdik".

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri İsrail ordusunun Livan və Qəzzaya hücmuna rəğmən, ABŞ prezidenti Donald Tramp İranla münasibətlərə münasibətdə deyib.

O bildiirb ki, ABŞ və İran rəsmi olaraq 107 günlük müharibəyə son qoyan addımı atıblar: “Biz İrana investisiya qoymuruq və heç bir pul köçürmürük. Bu razılaşmaya əsasən,  İran heç vaxt nüvə silahına sahib olmamağa razılıq Verdi. Əgər nüvə silahı istəsələr, İran cəhənnəm yaşayacaq!”.

Tamp əlavə edib ki,İranda rejim dəyişikliyinə inanmır: “Bunun üçün illər lazımdır. Əgər Obama administrasiyası dövründə - 2015-ci ildə 5+1 nüvə razılaşmasını ləğv etməsəydik, İran 5 il əvvəl nüvə silahına sahib olardı. Mən bu razılaşmaya 2018-ci ildə son qoydum...".

Tramp anlaşma şərti olaraq Livana hücumu dayandırmayan İsrailin baş naziri Netanyahu da mesaj ünvanlayıb: "ABŞ olmasaydı, İsrail olmazdı. Bibi (Binyamin Netanyahu) ilə çox yaxşı münasibətlərimiz var. Ancaq Bibi indi daha məsuliyyətli davranmalıdır. İsrail Livana daha hörmətli yanaşmalı və geri çıəkilməlidir”

Rusiya-Ukrayna müharibəsinə də toxunann Trampın sözlərinə görə, Rusiya razılaşma əldə etməlidir: “Putin və Zelenski arasında çoxlu fikir ayrılıqları var. Hər iki tərəfdən onlarla insan həyatını itirir. Bunun davam etməsini istəmirəm."

Tahir Şəlvəli

Mia.az

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR