Space TV-yə bədii rəhbər təyin olunub

Space TV-yə bədii rəhbər təyin olunub

PRESS

Bugün, 14:09

Space TV-də yeni kadr təyinatı həyata keçirilib.

Mia.az xəbər verir ki, bu barədə olke.az məlumat yayıb.

Məlumata görə, bununla bağlı telekanalın baş direktoru Ayaz Mustafayev müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Nicad Qafuroğlu (Mustafayev) Space TV-nin bədii rəhbəri vəzifəsinə təyin olunub.

Qeyd olunur ki, 42 yaşlı Nicad Qafuroğlu bu təyinata qədər ARB 24 telekanalında baş prodüser vəzifəsində çalışıb.

Xatırladaq ki, mayın əvvəlində Space TV-də rəhbərlik dəyişikliyi baş vermişdi. Telekanalın baş direktoru Vado Korovin istefa verərək vəzifəsindən ayrılmış, onun yerinə isə Ayaz Mustafayev təyin olunmuşdu.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR