Rəsmi Vaşinqton: “İran uran ehtiyatlarını məhv etməyə razılaşıb”  

Rəsmi Vaşinqton: “İran uran ehtiyatlarını məhv etməyə razılaşıb”  

GÜNDƏM

Bugün, 09:02

“İran ABŞ ilə əldə edilən razılaşma çərivəsində zənginləşdirilmiş uran ehtiyatlarını məhv etməyə razılıq verib”.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu məlumatı ABŞ-ın vitse-prezidenti JD Vance açıqlayıb.

O bildirib ki, İran uran zənginləşdirmə fəaliyyətlərinə son qoymasa, razılaşmaya baxmayaraq, hər hansı bir formada iqtisadi üstünlüklərindən faydalana bilməyəcək: “Məhz bundan sonra  sanksiyalar tədricən yumşaldılacaq...”

Xatırladaq ki, razılaşma çərçivəsində İran dondrulmuş 24 milyard dollarlıq aktivlərinin buraxılması, sanksiyaların ləğvi, bombardman və blokadaya görə çökən iqtisadiyyatının bərpası üçün 300 milyard dollarlıq bərpa sərmayəsi tələb edir.

“Fox News”a müsahibə verən Vance isə bunun uran ehtiyyatı anlaşması ilə mümkünlüyünü təsdiqləyib.

Samir MUSAYEV

Mia.az

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR