Xırdalanda Heydər Parkı: sürətlə atan obyektlər, qəlyan qoxusu və quruyan ağaclar… - VİDEO

Xırdalanda Heydər Parkı: sürətlə atan obyektlər, qəlyan qoxusu və quruyan ağaclar… - VİDEO

CƏMİYYƏT

Bugün, 00:17

Abşeron rayonu, Xırdalan şəhərində yerləşən məşhur Heydər Parkındakı son bir neçə ildə baxımsızlıq və ictimai iaşə obyektlərinin sayının kəskin artması nəticəsində çoxillik şam ağacları sürətlə qurumağa başlayıb.

Bu barədə Mia.az-a rayon sakinləri məlumat veriblər.

Bildiriblər ki, vaxtilə ölkənin ən gözəl ərazilərindən sayılan, insanların rahat nəfəs aldığı parka bir neçə ildir qəlyan tüstüsü və çayxanaların fantastik artımı və sair xoşagəlməz hallara görə ayaq basmaq mümkün deyil: “Bəli, bir vaxtlar rahat nəfəs alınan, geniş gəzinti ərazisi, sakit mühiti olan parkda indi ailəylə gəzmək, istirahət etmək müşkil hala çevrilib. Hara baxırsan çayxana, kafe, qəlyan tüstüsü, dominoxana… Ağaclar baxımsız qalıb, qulluq yoxdur. Olsaydı, ötən il rəsmi məlumata görə, bir dəfəyə 292 şam ağacı quruduğu üçün kəsilməzdi. O vaxtdan ötən bir il ərazində gedin parka baxın. Görün daha nə qədər ağaclar yoxa çıxıb və ya çıxmaq üzrədir. Məhv ediblər buranı işbazlar. İndi də o qədər ağac quruyub ki…

Yəqin ki, tezliklə yenidən kəsim işinə başlanacaq. Ümid edək ki, kəsilən ağacların yerində çayxana – dominoxana deyil, elə ağac əkiləcək…”.

Sakinlər Mia.az-a parkdakı son vəziyyətlə bağlı videogörünütü göndəriblər.

 Ümid edirik ki, vaxtilə Əli-Həsənov-Ramiz Mehdiyev komandasının gövdələri kimi adları mediada hallanan rayonun icra başçısı Abdin Fərzəlivev artıq mərasimlərdəki “yaxşı məmur” oyununun başını buraxaraq, gerçək iş rejiminə dönəcək, rayonun sahibinin, əslində, kim olduğunun fərqinə varacaq..

Parkdakı son acnacaqlı vəziyyətlə aşağıdakı videogörüntüdən tanış ola bilərsiniz:

Rəşad

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR