ABŞ-dan İsrailə ultimatum: “Oradan tədricən çəkilin!”

ABŞ-dan İsrailə ultimatum: “Oradan tədricən çəkilin!”  

DÜNYA

Bugün, 00:15

ABŞ və İran arasında imzalanan memorandum İsraillə Amerika arasında gərginlik yaradıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, İran İsrailin Livanı işğalına son qoyulmasını razılaşmanın əsas şərtlərindən biri kimi icrasını istəsə də, Netanyahu bu məsələdə Trampa meydan oxuyur.

İsrail Baş naziri Netanyahu və hökumət üzvləri Livandan geri çəkilməyəcəklərini, əksinə, suriyada  belə möhkəmlənəcəklərini bəyan edirlər.

“Yedioth Ahronot” qəzeti yazıb ki, bu gərginlik fonunda Netanyahu ilə Tramp arasında telefon danışığı olub: “Netanyahu Trampa İsrail ordusunun Livanda işğal etdiyi ərazilərdən çəkilməyəcəyini, əksinə hücuma davam edəcəklərini deyib. Tramp isə ona “tədricən oradan çəkilin”, - deyə xəbərdarlıq edib”.

Qəzetə danışan İsrail rəsmiləri bildiriblər ki, əgər Vaşinqton administrasiyası İranla razılaşmadan sonra Tel-Əviv dirənərsə, İsrail ABŞ-ın təzyiqi ilə üzləşə bilər.

Yeri gəlmişkən, İran xarici işlər nazirinin müavini Kazem Qəribabadi ABŞ ilə onlayn imzalanan anlaşma memorandumunun 19 iyunda İsveçrədə kağzı üzərində də imzalanacağını  açıqlayıb.

F.Səfərli

Mia.az

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR