Abşeronun iki qəsəbəsində aylarla davam edən problem... - Rəsmilər nə deyir? + VİDEO (Yenilənib)

Abşeronun iki qəsəbəsində aylarla davam edən problem... - Rəsmilər nə deyir? + VİDEO (Yenilənib)

CƏMİYYƏT

15.06.2026, 12:37

Bir neçə müddət əvvəl təmir edilən yolun asvalt qatı yenidən dağılıb... Nə piyadalar hərəkət edə bilir, nə də avtomobillər…Yaranan iri çalalar yolu keçilməz edib... Hər gün bu bu yoldan istifadə edən sürücülər çətinliklə üzləşirlər...

Söhbət Abşeron rayonu Məmmədli kəndinin əsas yolu hesab edilən Heydər Əliyev prospektindən gedir.

Sakinlər bildirirlər ki, xüsusilə son bir neçə aydır yolun vəziyyəti daha da pisləşib. İri tonnajlı avtomobillərin hərəkəti asvalt qatını dağıdıb, qrunt suları yola yığıldığından mövcud iri çalaları da görmək mümkün deyil.

Sürücülər isə bildirirlər ki, ətraf ərazilərə kəndin əsas yolundan başqa alternativ yol olmadığı üçün məcbur qalıb bu yoldan istifadə edirlər. Nəticədə onların avtomobillərinə ciddi ziyan dəyir.

Məsələ ilə bağlı Abşeron rayon İcra Hakimiyyətindən “Xəzər Xəbər”ə bildirildi ki, mart-may aylarında hava şəraitinin həddindən artıq yağmurlu keçməsi, normadan dəfələrlə artıq yağış sularının intensiv şəkildə yağması nəticəsində yolun üst qatı sıradan çıxıb. Məsələ ilə əlaqədar yolun balans saxlayıcısına aidiyyatı üzrə müraciət olunub. Aidiyyatı qurum tərəfindən həmin hissədə su kəmərlərindəki təmir işləri həyata keçirildikdən sonra asfalt örtüyü yeniləcək.

Mia.az Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialıni açağıda təqdim edir.

***

İntensiv yağışlardan sonra yığılan sular bəzi ərazilərdə hələ də çəkilməyib...

 Görüntülər Abşeron rayonun Masazır qəsəbəsi Məmməd Araz küçəsindəndir.

Sakinlərin sözlərinə görə, yağışlardan sonra ərazidə qrunt sularının və çirkab suların səviyyəsi daha da artıb. Bəzi sakinlər hətta əşyalarını belə evlərindən çıxarmaqda çətinlik çəkirlər.

Su dolan bəzi evlərdə yaşamaq mümkün olmadığından ailələr başqa yerə köçüb.

Məsələ ilə bağlı Abşeron Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsindən "Xəzər Xəbər"ə bildirilib ki, hazırda həmin küçə də daxil olmaqla bir sıra yaşayış massivlərində mərkəzləşdirilmiş kanalizasiya şəbəkəsi mövcud deyil. Buna baxmayaraq əməkdaşlar tərəfindən ərazidə mütəmadi xidmət təşkil olunur və nasoslar vasitəsilə toplanmış suların çəkilməsi istiqamətində işlər görülür. Gələcəkdə bu kimi problemlərin təkrarlanmaması üçün qabaqlayıcı tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.

Mia.az Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialıni açağıda təqdim edir. 

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR