Ağ Evin həyətindəki "86 47" işarəsi: bu, kimə mesajdır? - Araşdırma başlayıb

Ağ Evin həyətindəki \"86 47\" işarəsi: bu, kimə mesajdır? - Araşdırma başlayıb  

GÜNDƏM

Bugün, 17:29

Ağ Evin həyəti sayılan Milli Parkının qazonuna "86 47" işarəsinin yazılması Amerika təhlükəsizlik qüvvələrini ayağa qaldırıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, "86 47" işarəsinin ABŞ Prezidenti Trampa qarşı sui-qəsd mesajı kimi şərh olunur.

“NBC News” yazır ki, məhz bu ehtimalla bağlı federal təhlükəsizlik orqanları araşdırmaya başlayıb.

Tramp administrasiyasından bildirilib ki, bu, vandalism və terrorizmə çağırışa səbirli yanaşnmayacaqlar: “ABŞ Prezidentinə qarşı hər hansı bir təhdid son dərəcə ciddi qəbul olunur. Məsul şəxslər məsuliyyətdən qaça bilməyəcəklər".

Xatırladaq ki, hərbi terminologiyada 86 "kimisə aradan qaldırmaq, 47 isə ABŞ-ın 47-ci prezidenti Trampa aid olduğu düşünülür.

Samir Musayev

Mia.az

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR