Azərbaycanın Gürcüstandakı keçmiş səfiri vəfat edib

Azərbaycanın Gürcüstandakı keçmiş səfiri vəfat edib

GÜNDƏM

Bugün, 10:15

Azərbaycanın Gürcüstandakı keçmiş fövqəladə və səlahiyyətli səfiri Dursun Həsənov vəfat edib.

Mia.az xəbər verir ki, Dursun Həsənov Bakıda yaşadığı evdə vəfat edib.
Mlumata görə, o,  mərhum iyunun 13-də Bakı şəhərində dəfn olunacaq.
Qeyd edək ki, Dursun Həsənov əslən Marneuli rayonunun Algeti inzibati ərazi vahidliyindəndir.
O, Gürcüstan SSR-in dövlət və partiya xadimi, Ali Sovetin deputatı Ayvaz Dursun oğlu Həsənovun oğludur.
Dursun Həsənov 1993-cü ildən etibarən Azərbaycanın diplomatik nümayəndəliklərində fəaliyyət göstərib.
O, 2017–2020-ci illərdə Azərbaycanın Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsində çalışıb.

Allah rıəhmət eləsin!

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR