Yazıçılar Birliyinin üzvü deputatla görüşündən yazdı: "Bir çox siyasi incəlikləri mənə izah etdi"

Yazıçılar Birliyinin üzvü deputatla görüşündən yazdı: \"Bir çox siyasi incəlikləri mənə izah etdi\"

SİYASƏT

Bugün, 09:54

"Aylar öncə Laçının millət vəkili çox hörmətli ziyalımız Rövşən Muradovla görüşdüm. Beş problemdən heç olmasa birinin həlli ümidi ilə qəbula yazılmışdım. Təəssüf ki, görüşdən problemlərlə birlikdə geri qayıtdım. Amma, bunu da deyim ki, çox savadlı və səmimi insandır. Gələcəyimi daha düzgün qurmaq üçün lazım olacaq bir çox siyasi incəlikləri mənə izah etdi".

Mia.az xəbər verir ki, bu sözləri sosuial media hesabında Yazıçılar Birliyinin üzvü Roma Xosrov yazıb.

Onun sözlərinə görə, imkanı yaxşı olsaydı, bu kişini (deputatı nəzərdə tutur-Mia.az) dəniz kənarındakı “Mirvari” restoranında elitar içki məclisinə dəvət edərdi:
"Çünki söhbətcil, həm də əhatəli dünyagörüşü olan adamdır, saatlarla oturub dünyanın hər mövzusundan danışmaq olar. Amma bir şərtlə ki, o danışa, mən susam, problemlərdən danışmayam. Çünki problem söhbəti açılsa sanki məclisə qəfil elektrik borcunun qəbzi gələcək. Bəzən düşünürəm ki, bizim problemlərimiz ayrı planetdə, bəzi deputatların baxdığı dünya isə tamam başqa orbitdə fırlanır. Dünya nə qədər əyri olsa da, onlar üçün həmişə dümdüz görünür.
Yeri gəlmişkən, keçmiş deputatımız Mahir Abbaszadənin ölənlərinə Allah rəhmət eləsin!".
Əhməd
MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR