Prokurorluq gömrükdə əməliyyat keçirdi - 4 vəzifəli şəxs qandallandı, ikisi qadındır (YENİLƏNİB)

Prokurorluq gömrükdə əməliyyat keçirdi - 4 vəzifəli şəxs qandallandı, ikisi qadındır (YENİLƏNİB)

GÜNDƏM

13.06.2026, 16:55

İyunun 11-də Baş Prokurorluğun İstintaq İdarəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsində keçirdiyi əməliyyatla bağlı yeni detallar məlum olub.

Mia.az “Bakupost”a istinadən xəbər verir ki, əməliyyat zamanı saxlanılan 4 gömrük əməkdaşından 3-ü sonradan sərbəst buraxılıb.

Məlumata əsasən, saxlanılan şəxslərdən biri - Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin növbə rəisi müavini İsmayıl Əliyev barəsində isə Binəqədi Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, iyunun 11-də Baş Prokurorluğun İstintaq İdarəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsində əməliyyat keçirdiyi, əməliyyat zamanı 4 əməkdaşın saxlanıldığı barədə məlumat yayılmışdı. Həmin şəxslərdən ikisinin qadın əməkdaş olduğu bildirilirdi.

Faktla bağlı araşdırmalar davam edir.

***

Baş Prokurorluğun İstintaq idarəsi tərəfindən saxlanılan daha birinin adı məlum olub.

Məlumata görə, saxlanılanlardan biri isə Füzuli Beynəlxalq Hava Limanı Gömrük Postunun rəisi Şamil İbadovdur/Unikal. 

***

Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsində əməliyyat keçirib.

Mia.az “Unikal”a istinadən xəbər verir ki, əməliyyat zamanı 4 gömrük əməkdaşı saxlanılıb.

Onlardan ikisi, Aysel və Xalidə adlı xanım əməkdaşlarıdır. 

İlkin məlumata görə, saxlanılanlardan birinin izahatı alınandan sonra sərbəst buraxılıb. 

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR