Bakı Şəhər İcra Hakimiyyətində yeniliklər nə vəd edir? - Eldar Əzizov yola salınacaq?
CƏMİYYƏT
11.06.2026, 14:30
Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində "Diplomatik korpusa və xarici nümayəndəliklərə xidmət göstərən müdiriyyət "İnterservis" Bakı Şəhər İcra Hakimiyyətinin fəaliyyət istiqamətləri nəzərə alınmaqla yenidən təşkil olunacaq.
Prezident İlham Əliyev bununla bağlı iyunun 10-da fərman imzalayıb.
Bundan başqa, Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində "Bakımənzilkommunlayihə"nin ləğv edilməsi ilə bağlı da qərar verilib. pizza sifarişi
“Bakımənzilkommunlayihə” paytaxtın Bakı şəhərində mənzil-kommunal sahəsinin idarə olunmasında mühüm rol oynayan əsas qurumlardan biridir. Bu təşkilat yaşayış binalarının saxlanılması, təmiri, abadlaşdırılması və kommunal xidmətlərin təşkili istiqamətində geniş fəaliyyət səlahiyyəti var. Qurumun əsas vəzifələrinə çoxmənzilli yaşayış binalarının texniki vəziyyətinə nəzarət, lift təsərrüfatının istismarı, həyətlərin abadlaşdırılması, yaşıllıqların qorunması və tullantıların idarə olunması daxildir. Köhnə yaşayış binalarının fasadlarının yenilənməsi, həyətlərin müasir standartlara uyğun abadlaşdırılması da daxildir. Bundan başqa, Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində olan “Yaşıl Teatr” konsert kompleksi, Bakı Şəhər Bələdiyyə Teatrı bütün əmlakı ilə birlikdə Mədəniyyət Nazirliyinin tabeliyinə verilib.
Bakı Şəhər Heyvanat Parkı(Zoopark) ilə "Sahibsiz Heyvanlara Qayğı Mərkəzi" birləşdirilib və yenidən təşkil ediləcək.
Fərmana əsasən, Bakı Şəhər İcra Hakimiyyətinin əsas qurumlarından olan və «Bakı Şəhər Əsaslı Tikinti və Təmir» MMC-də də islahatlar aparılacaq, onun strukturu və əməkhaqqı sisteminin təkmilləşdiriləcək.
Fərmanda tapşırılıb ki, yeniliklər nəticəsində ixtisar olunacaq əməkdaşlara münasibətdə Əmək Məcəlləsinə, “Dövlət qulluğu haqqında” qanuna və “Dövlət orqanları ləğv edilərsə və ya ştatlar ixtisara düşərsə, vəzifə maaşına və ixtisasa uyğun işə düzəlməkdə və ya dövlət orqanlarında tutduğu vəzifəyə uyğun vəzifə tutmaqda dövlət qulluqçusunun üstünlüyünün həyata keçirilməsi Qaydası”na uyğun olaraq tədbirlər görsün.
Bakı Şəhər icra hakimiyyətindəki islahatlar, yeni qurumların yaradılması, ixtisar və təkmilləşdirmələr Maliyyə Nazirliyinin ciddi maliyyə nəzarəti altında aparılacaq.
Fərmanda Maliyyə Nazirliyinə tapşırılıb ki, yaradılması nəzərdə tutulan yeni qurumların strukturunun, ştat vahidlərinin və əməkhaqqı sistemlərinin maliyyə ekspertizasını həyata keçirsin və onların optimallaşdırılması üçün tədbirlər görsün.
Yada salaq ki, hazırda Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovdur. O, 2000-2003-cü illərdə Nizami Rayon İcra Hakimiyyətinin başçısı olduqdan sonra səkkiz il də ölkənin ikinci ən böyük şəhəri Gəncəyə rəhbərlik edib. 2011–2015-ci illərdə nə təsadüfsə, bu dəfə də üçüncü böyük şəhərə- Sumqayıta rəhbərlik də ona tapşırılıb. Sonra isə üç il də Səbayeldə rəhbər olub. Rəsmi sərəncamı 2018-in noyabrında verilsə də, həmin ilin yayından Bakıya rəhbərlik etməkdədir... O da həqiqətdir ki, bu illər ərzində E.Əzizovun adı ciddi korrupsiya və rüşvət olaylarında hallanmayıb.
Mia.az Musavat.com-a istinadan xəbər verir ki, 70 yaşını haqlayan Əzizovun hakimiyyətlə vidalaşmaq vədəsi yetişir. Mediada da belə iddia var idi ki, guya Nəsiminin yeni icra başçısı, YAP-ın Aparat rəhbəri Tahir Budaqov onun yerinə gələcək və s. Məlumatlara inansaq, Əzizovu əslində, hələ Sumqayıtdan sonra icra strukturlarından uzaqlaşdırmaq istəyiblər, amma görünür, özü getmək istəməyib, bir az da işləmək möhləti alıb...
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
"Qalatasaray"dan sürpriz transfer əməliyyatı: Camal Musiala "Cimbom"a gəlir?
Bugün, 00:49 İDMAN
-
"Beşiktaş" Darvin Nunezi "radar"ına alıb
Bugün, 00:38 İDMAN
-
"Fənərbağça"nın futbolçusu Sofyan Amrabata maraq artır
Bugün, 00:19 İDMAN
-
"Arsenal" klubu Xristoz Tzolisi heyətinə qatıb
Bugün, 00:14 İDMAN
-
"Atletiko Madrid" cənubi koreyalı futbolçusu ilə müqavilə imzalayıb
Bugün, 00:05 İDMAN
-
Sabahın hava proqnozu açıqlanıb
26.07.2026, 17:08 CƏMİYYƏT
-
İlham Əliyev: Azərbaycan ilə Maldiv arasında əlaqələrin hazırkı inkişaf dinamikası bizi sevindirir
26.07.2026, 17:06 SİYASƏT
-
Aran rayonlarında 39 dərəcə isti qeydə alınıb
26.07.2026, 17:02 CƏMİYYƏT
-
Azərbaycan və Qətər parlamentləri arasındakı əlaqələr müzakirə olunub
26.07.2026, 13:57 SİYASƏT
-
Xəzər dənizində zəlzələ olub
26.07.2026, 09:21 GÜNDƏM
-
Milli Yaylaq Festivalında taxta konstruksiya aşıb, yaralılar var - FOTO
25.07.2026, 20:16 GÜNDƏM
-
Cavanşir Babalıoğlundan DREAM Fest-ə açıq müraciət: "Azərbaycan musiqisinin canlı əfsanələrinə də festivalda yer verilməlidir" - VİDEO
25.07.2026, 19:05 MƏDƏNİYYƏT
-
Gürcüstanda zəlzələ olub
25.07.2026, 18:28 GÜNDƏM
-
"Sədərək" və "Binə" ticarət mərkəzləri bağlanır? - AÇIQLAMA + VİDEO
25.07.2026, 17:34 CƏMİYYƏT
-
SPACE TV-nin İNDİKİ VƏ KEÇMİŞ RƏHBƏRLİYİ ARASNDA GƏRGİNLİK: hansı doğru danışır? - AÇIQLAMALAR
25.07.2026, 17:03 PRESS
-
Rumıniya ölkənin hava məkanında iki gün ərzində ikinci PUA-nı vurub
25.07.2026, 16:57 DÜNYA
-
Bakı-Tbilisi qatarı yarıyolda qalıb -SƏBƏB
25.07.2026, 16:20 CƏMİYYƏT
-
Prezident Bakı şəhəri Dağ Yəhudiləri dini icmasının sədrini təltif etdi - SƏRƏNCAM
25.07.2026, 14:03 GÜNDƏM
-
Sabahın hava proqnozu açıqlandı
25.07.2026, 12:56 CƏMİYYƏT
-
“Aqrarkredit”lə bağlı qalmaqal: kimlər həbs edildi?
25.07.2026, 11:27 İQTİSADİYYAT
-
Jurnalistin övladı Böyük Britaniyanın qabaqcıl universitetində oxuyacaq - Dövlət hesabına...
25.07.2026, 10:46 CƏMİYYƏT
-
VI "Yüksəliş" müsabiqəsinin qalibləri mükafatlandırıldı
25.07.2026, 10:34 CƏMİYYƏT
-
Amerikalı ekspert Naxçıvanda: "Zəngəzur dəhlizi təkcə Azərbaycan üçün deyil, bütövlükdə..." - MÜSAHİBƏ
25.07.2026, 09:19 SİYASƏT
-
Azərbaycan nefti 6 dollardan çox ucuzlaşdı
25.07.2026, 09:07 İQTİSADİYYAT
-
Zakir Həsənov: "Xəbər məni dərindən kədərləndirdi"
24.07.2026, 20:34 GÜNDƏM
-
“Space TV”nin bank hesablarına həbs qoyuldu: “Xalq Bank”a borc və... - TELEKANAL KİMİ İTTİHAM EDİR? (YENİLƏNİB)
24.07.2026, 20:24 PRESS
-
Mansur Yavaş kimi seçəcək? – “Onun bizə dəstəyi ilk gündən bəllidir”
24.07.2026, 19:50 SİYASƏT
-
Maliyyə İdarəsinin sabiq rəisi Regional Turizm İdarəsinə müdir təyin olundu
24.07.2026, 19:07 CƏMİYYƏT
-
Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan... - Bakıda ermənilərin məhkəməsi + FOTOLAR
24.07.2026, 18:55 GÜNDƏM
-
Livakoviç "Fənərbaxça"dan gedir
24.07.2026, 18:46 İDMAN
-
Prezidentin köməkçiləri, şöbə müdirləri... - PA rəsmilərinin avqust ayı üzrə qəbul günləri + CƏDVƏL
24.07.2026, 18:10 GÜNDƏM
-
Vaxtı ötmüş içkilər...- FOTOLAR
24.07.2026, 17:57 İQTİSADİYYAT
-
TÜRKİYƏNİN YENİ SİYASİ TƏŞKİLATI: Özgür Özəl 91 deputatla partiyasını elan etdi (YENİLƏNİB)
24.07.2026, 17:50 GÜNDƏM
-
8 prokurorluq əməkdaşı intizam məsuliyyətinə cəlb olunub
24.07.2026, 17:36 CƏMİYYƏT