DÇ-2026-da ilk qalmaqal: mikrafon açıq qaldı, müxbirlərin canlı yayımdakı sözləri şok yaratdı

DÇ-2026-da ilk qalmaqal: mikrafon açıq qaldı, müxbirlərin canlı yayımdakı sözləri şok yaratdı

İDMAN

Bugün, 13:28

Dünya Kubokunun A Qrupunda Çexiya ilə sabahkı oyun hazırlıqlarını davam etdirən Cənubi Koreya yığması ilə bağlı inanılmaz gərginlik yaranıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki,jurnalistlər üçün  açıq məşq zamanı iki müxbir canlı yayımda mikrofonlarının açıq qalmasını unudaraq, öz aralarında futbolçular haqqında aşağılayıcı sözlər işlədblər.

Belə ku, məşq prosesini izləyən TV-lərdən birinin iki müxbiri canlı yayımda komandanın superulduzu Heung-min Son haqqında ələ salıblar. Onlardan biri “Tottenham”da oynayan məşhur ulduzun qaçış tərzinə işarə edərək "Bu axmaq niyə belə qaçır ki? Sanki hərbi hissə liderlik edir? Bu özünü orduda olduğunu düşünür, yoxsa", - deyə həmkarından soruşur.

Həmkarı isə ona belə cavab verir: “Bu axmaqlar heç hərbi xidmətdə də olmayıblar. Belə axmaqlarda ordu barədə təsəvvür hardandır ki?”.

Məlumata görə, bu sözlər ölkədə gərginlik və böyük müzakir yaradıb. Ölkə Futbol Federasiyası isə bu gərginliyin komandaya sıçrmaması üçün əlavə tədbirlər görüldüyünü açıqlayıb.

Fərid ASLAN

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR