Qubad İbadoğlu yenidən tərəfdarlarına səsləndi

img

03-10-2014 [14:31]


"Son vaxtlar ayrı-ayrı müstəvilərdə, xüsusən sosial şəbəkələrdə müsavatçılar arasında qarşılıqlı ittiham üzərində qurulan müzakirələri zərərli hesab etdiyimdən Müqəddəs Qurban Bayramı öncəsi Sizə səslənirəm. Birlik və bərabərlik bayramı hesab olunan bu əziz günlərdə hər bir müsavatçı partiyadaşımdan böyük anlayış, qarşılıqlı hörmət və siyasi dözümlülük gözləyirəm”.

Bunu özünün Facebook səhifəsində Müsavat Partiyasının başqanlığa keçmiş namizədi Qubad İbadoğlu yazıb. O daha sonra qeyd edib:

"Son nəticədə Müsavat üçün zərərli olan bu müzakirələri dayandırmağın bu əziz gündə edəcəyimiz ən böyük savablardan biri kimi taleyimizə yazılacağına inanıram”.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA