“Kəskin sirkə öz qabını çatladar” – MHP lideri yenə Özgür Özələ “ilişdi”

“Kəskin sirkə öz qabını çatladar” – MHP lideri yenə Özgür Özələ “ilişdi”  

DÜNYA

Bugün, 12:49

“CHP sakit şəkildə aparılmalı olan hüquqi prosesi xaosa çevirməməlidir”.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu sözləri Millətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı partiyasının parlamentdəki fraksiyası ilə keçirdiyi toplantıda deyib.

Onun iddiasına görə, CHP daxilində hazırda iki ayrı dil, iki ayrı istiqamət var: “CHP daxilindəki daxili gərginlik küçələrə daşınmamalıdır. Özgür Özəl sağlam düşüncə ilə hərəkət etməlidir. Kəskin sirkə öz qabını çatladar. CHP-də açıq idarəetmə böhranı var, üstəlik, xalq onlara xidmət edən qurumlar olmalı olan bələdiyyələrin CHP çətiri altında korrupsiya iddialarından xəbərdardır. Bizim məsələmiz isə CHP daxilindəki qarışıqlıqdan siyasi üstünlük əldə etmək deyil. Məsələmiz Türkiyədəki siyasi qurumun ağırlığını, millətin iradəsinə hörmət və qanunun aliliyini qorumaqdır".

Hüseyn Namazov

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR