Xəstəxanalarda optimallaşdırma: işdən çıxarılmalar başlayıb - Xadimə və tibb bacıları kömək istəyir

Xəstəxanalarda optimallaşdırma: işdən çıxarılmalar başlayıb - Xadimə və tibb bacıları kömək istəyir

CƏMİYYƏT

Bugün, 09:00

TƏBİB-in tabeliyində olan xəstəxanalarda xadimələr və tibb bacıları ixtisara salınır.

Bu barədə Mia.az-a xəstəxanalardan məlumat verilib.

Bildirilib ki, bir çox xəstəxanalarda "sanitarka"lar (xadimə) və tibbi bacıları işdən çıxarılır: "Məsələn, bir xəstəxanada üç xadimə varsa, onlardan ikisini işdən çıxarırlar. Səbəbi işçi heytinin artıq olması ilə izah olunur".

Bildirilir ki, yeni rəhbərlik TƏBİB-in keçmiş rəhbərlərini çoxlu sayda lazımsız ştat açaraq, ora işçi götürməkdə ittiham edərək, indi bu sahədə optimallaşdırma aparıldığını deyir.

Mia.az-ın sosial media səhifəsinə yazan tibb işçiləri və xadimələr isə TƏBİB rəhbərliyindən sosial vəziyyətlərinə diqqət çəkərək, onları işdən çıxarmamağı xahiş edirlır.

E.ARAZ

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR